Qanunsuz pul, saxta sənədlər... - Ramin Deko və digərləri buna görə SAXLANILDI + FOTO

Qanunsuz pul, saxta sənədlər... - Ramin Deko və digərləri buna görə SAXLANILDI + FOTO

Xəbər verdiyimiz kimi, jurnalist Ramin Deko tutulub. Məlumata görə, vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.

 

Eyni zamanda, “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova da oxşar proseslə üz-üzə qalıblar. Sözügedən şəxslərin vəkilləri qeyd ediblər ki, onların barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Adıçəkilən şəxslərin hər biri 48 saat müddətə şübhəli şəxs qismində tutulub və məhkəmə qarşısına çıxarılmaları gözlənilir.

 

Sfera.az bildirir ki, bu, qanunsuz valyuta daşınması və ya qeyri-qanuni maliyyələşmə ilə bağlı ilk belə hal deyil.

 

Bundan əvvəl, ötən il “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə də oxşar hallar üzrə saxlanılıb.

 

Yeddi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin yeddi maddəsi - 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə yekun ittiham elan edilib.

 

Məhz ötən günlərdə də “Abzas Media” işi üzrə həbs edilənlərin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Abzasçılar təqsirli bilinəcəkləri halda, 12 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

 

Bu ilin mart ayının 6-da isə sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar. Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur. Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi onun həbs müddətini daha 3 ay uzadıb. Sözügedən proseslərin isə əslində oxşar olduğu bildirilir.

 

Belə ki, baş verənlərin məhz Qərb institutlarının medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri Azərbaycan qanunlarına zidd şəkildə maliyyələşdirməsinə dair ciddi dəlillərin müəyyən edilməsi ilə bağlı olduğu vurğulanır.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...