BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-yə keçdi

BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-yə keçdi

BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrlik ABŞ-yə keçib.


 
Sfera.az xəbər verir ki, bazar ertəsi, Nyu-York vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 23:00) ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild tərəfindən BMT-nin mənzil-qərargahında mətbuat konfransı keçiriləcək. Konfransda dünya təşkilatının əsas strukturu haqqında jurnalistlərə açıqlamalar veriləcək.


 
Dekabr ayı ərzində BMT Təhlükəsizlik Şurası üzvlərinin iclaslarının əsas mövzusu Yaxın Şərqdəki vəziyyət, xüsusilə də Qəzza zolağında və İsrail-Livan sərhədindəki hadisələr olacaq. Ümumilikdə, bu müddət ərzində BMT Təhlükəsizlik Şurası iyirmiyə yaxın açıq iclas və qapalı məsləhətləşmələr keçirəcək.

 

Qeyd edək ki, noyabr ayında Böyük Britaniya bu vəzifəni yerinə yetirirdi.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR