12 kredit ittifaqı bağlandı

12 kredit ittifaqı bağlandı
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən "Arzu Kredit İttifaqı", "Azəriinvest Kredit İttifaqı", "Cənub Kredit İttifaqı", "Ceyhun Kredit İttifaqı", "Compass Kredit İttifaqı", "F.A.S. Kredit İttifaqı", "Həkəri Kredit İttifaqı", "Kredo-İnvest Kredit İttifaqı”, "Real Kredit İttifaqı”, "Tərəkəmə Kredit İttifaqı”, "Tural Kredit İttifaqı” və "Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Palatadan verilən məlumata görə, lisenziyaların ləğv edilməsinə səbəb sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olub.

MBNP "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Qeyd edək, Palata fəaliyyətə başladığı dövrdən etibarən bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir. Belə ki, kredit təşkilatları tərəfindən prudensial normativlərə və mövcud qanunvericiliyin tələblərinə riayət olunmaması hallarına qarşı adekvat tədbirlər görülür.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...

Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı...

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dən...

Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub.    Sfera.az xəbər verir ki, bu barədə Miçiqan konq...

Mayın 1-dən bu şəxslərin pensiyası ARTIRILACAQ

2025-ci il yanvarın 1-dən işləməyən vətəndaşlar üçün pensiya artırılıb. Sfera.az  “News24.az”a istinadən xəbər verir ki, bir şəxsin p...