Əfsanəvi kəşfiyyatçının atası vəfat etdi - FOTO

Əfsanəvi kəşfiyyatçının atası vəfat etdi - FOTO

Əfsanəvi kəşfiyyatçı şəhid Şahlar Nəzərovun atası Yaşar Nəzərov noyabrın 27-sində, Bakıda müalicə aldığı kıinikada dünyasını dəyişib.

 

Sfera.az bildirir ki, son aylarda Yaşar Nəzərovun səhhətində yaranmış problemlərlə əlaqədar bir sıra tibb müəssisələrində müalicə alıb, həmçinin əməliyyat olunub. yaranıb. Növbəti dəfə ürəyində yaranan problemləri isə aradan qaldırmaq mümkün olmayıb.

 

Xatırladaq ki, baş leytenant Şahlar Yaşar oğlu Nəzərov 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli-Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən daha dörd hərbçi yoldaşı ilə birlikdə qəhrəmancasına şəhid olmuşdu. Şəhid olduqdan iki ay sonra zabitimizin əkiz oğulları - Yaşar və Şahlar dünyaya gəlmişdi. Şəhid Ş.Nəzərov doğulduğu Peştəsər kəndində dəfn edilib. Dünyasını dəyişən Yaşar kişi də doğma kəndində, qəhrəman oğlunun uyuduğu torpaqda dəfn ediləcək.

 

Allah hər ikisinə rəhmət eləsin.


OXŞAR XƏBƏRLƏR

Sabah 29° isti olacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abş...

Qrenlandiyanın ilhaqı ilə bağlı ilk ciddi addım - Tramp hansı göstərişi verdi?

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək planında ilk ciddi addımı atıb. Tramp administrasiyası ölkənin əsas kəşfiyyat qurumlarına: CIA, Müdafiə K...

Cənubi Asiyada vəziyyət gərginləşir - İki nüvə dövləti qarşı-qarşıyadır

Cənubi Asiyada gərginlik kritik həddə çatıb. Hindistan və Pakistan arasında gərginlik hərbi qarşıdurma mərhələsinə keçib. Nüvə silahına sahib iki ölkə arasında ...

Bakıda ana və övladını maşın vurdu - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bakıda ana və övladını maşın vurub.   Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov...

"Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər" - AÇIQLAMA

Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur.&nbs...

Ərdoğanla Pezeşkian eyni şeiri dedi: Keçmə namərd körpüsündən... – VİDEO

  Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ötən həftə AK Partiyanın iclasında səsləndirdiyi atalar sözü böyük marağa səbəb olub.   Sfera.az&...