COP29-da iqlim böhranının fəsadlarının aradan qaldırılmasına nə qədər vəsait ayrılacaq?

COP29-da iqlim böhranının fəsadlarının aradan qaldırılmasına nə qədər vəsait ayrılacaq?

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başa çatmasına az qalıb. Bu anda ən diqqətçəkən məqamlardan biri COP29-da iqlim böhranının fəsadlarının aradan qaldırılmasına nə qədər vəsait ayrılacağıdır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, indi ən gərgin məqamdır:

 

“COP29-un təşkilatçısı olaraq da bu iki gün Azərbaycan üçün, COP29 prezidenti Muxtar Babayevin komandası üçün ən həlledici məqamdır. Görülən nəhəng işlər, çəkilən əzab-əziyyət, keçirilən çoxsaylı görüşlər və tədbirlər məhz bu iki gündə öz əsas bəhrəsini verməlidir. İndi ölkələrlə iqlim dəyişmələri ilə mübarizə üçün nəzərdə tutulan yekun maliyyə sənədinin razılaşdırılması məqamıdır”. 


O.Gündüz qeyd edib ki, artıq maliyyənin ayrılması ilə bağlı ilkin razılaşma mətninin ortada olduğu bildirilir:


 
“Güman etmək olar ki, razılaşmanın mətnini Muxtar Babayevin rəhbərlik etdiyi komanda hazırlayıb. İqlim dəyişilmələri ilə mübarizə üçün təxminən 1 milyard dollar maliyyə ayırılacağı nəzərdə tutulur. Əgər belə bir maliyyə ayrılması təsdiqlənərsə, bu hədsiz böyük uğur hesab olunardı. Amma problemi yaradanların, inkişaf etmiş ölkələrin buna razılıq verəcəkləri hələlik qeyri-müəyyəndir. Bu gün BMT Baş Katibi Antonio Quterreş də yenidən COP29-da iştirak üçün ölkəmizə gəlib. Güman ki, bu gəliş də COP29-un yekun maliyyə sənədinin qəbulu ilə bağlıdır”.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...