"Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq" - BMT rəsmisi

"Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq" - BMT rəsmisi

Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq.

 

Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Sakit Okean İnstitutunun prezidenti və BMT-nin Qlobal Razılaşmasının rəhbəri Jason Morrison bildirib.

 

"İqlim üzrə məhkəmə proseslərinə gəldikdə, düşünürəm ki, kifayət qədər sürətli irəliləmirik. Yetərincə iddialı deyilik və nəticələr də bizim ambisiyalarımıza çatmaq üçün nəzərdə tutulmuş yolla uyğun deyil", - deyə o qeyd edib.

 

Müsbət tərəflərə də toxunan J.Morrison bildirib ki, iqlimə uyğunlaşmanın əhəmiyyəti daha çox dərk edilməyə başlanılıb: "Bu istiqamətdə davamlılıq yaratmaq üçün mühüm addımlar atılır. Bu COP-da və növbəti COP-da su və iqlimə uyğunlaşma mövzuları əsas müzakirə mövzuları sırasındadır və qlobal fəaliyyət gündəmi çərçivəsində irəli çəkilir".

 

O, Bakı Bəyannaməsinin xüsusi əhəmiyyətinə diqqət çəkərək əlavə edib: "Mən ümid edirəm ki, bu gün təqdim olunacaq Bakı Bəyannaməsi əsasında mövqeyimizi daha da gücləndirəcəyik və gələn il Braziliyaya doğru hərəkət edərkən bu impulsu artıracağıq".

 

Qonaq bəyannamənin qlobal səviyyədə mühüm rol oynayacağını vurğulayıb, əlavə edib ki, davamlılıq və uyğunlaşma məsələləri qarşıdakı dövrdə qlobal gündəmin prioritet mövzularından olacaq.


OXŞAR XƏBƏRLƏR

Gürcüstan XİN rəhbəri: Hər zaman Azərbaycanın yanındayıq

Gürcüstan hər zaman Azərbaycanın yanındadır.   Azərbaycan Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bunu Gürcüstan xarici işl...

İran Prezidenti azərbaycanlı həmkarına başsağlığı verdi

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlum...

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını təsdiq edib.   Sfera.az xəbər verir ki, bununla bağlı B...

Təyyarədəki qara qutu nədir və niyə önəmlidir? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb və maddi sübut kimi istintaqın işinə daxil edilib.   ...

“Qazaxıstan və Azərbaycana yardım etməyə hazırıq” - Metyu Miller

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramas...

Biznes kreditləri daha çox bu sahələrə verilir - RƏQƏMLƏR

Azərbaycanda ayrılan biznes kreditlərindən daha çox payı ticarət müəssisələri əldə edir.   Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, biznes k...