Arda Turan İspaniya nəhənginin baş məşqçisi ola bilər

Arda Turan İspaniya nəhənginin baş məşqçisi ola bilər

"Atletiko Madrid" Dieqo Simeoneni əvəz edəcək məşqçi axtarışlarına başlayıb.

 

Sfera.az xəbər verir ki, Simeonenin futbolçular üzərində əvvəlki qədər təsirinin olmadığı və buna görə də klubun uğurlar əldə edə bilmədiyi deyilir. Həmçinin məşqçinin maaşı da çoxdur. Ötən il edilən dəyişikliyə görə, Simeonenin maaşı mövsümdəki uğurlara görə, 55 faizə qədər azaldılıb. Bununla belə, ümumilikdə Simeoneyə 2023-24 mövsümündən qalan maaşı ilə birlikdə 2026-27-ci illəri əhatə edən üç illik maaş veriləcək. Bu dəyişiklik məşqçiyə 100 milyon avronu aşan ümumi gəlir əldə etməsinə imkan verərkən, klubun illik maaş büdcəsində 19 milyon avro qənaət etməsinə imkan verir.

 

Məlumata görə, klubun məşqçilər siyahısında Fernando Torres, Qabi, Filipe Luis və Arda Turan kimi təcrübəli keçmiş futbolçular var. Arda Turanın “Eyüpspor”la uğurlu işlərə imza atması “Atletiko Madrid”in türk məşqçini siyahıya əlavə etməsinə səbəb olub. Xəbərdə “Atletiko Madrid” rəhbərliyinin Arda Turanı izlədiyi və onu Simeonedən sonrakı dövr üçün ən önəmli namizədlərdən biri olaraq nəzərdə saxladığı vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...