Qarabağ Universiteti bu ixtisaslarda üstün nəticə göstərdi - SİYAHI

Qarabağ Universiteti bu ixtisaslarda üstün nəticə göstərdi - SİYAHI

Məlum olduğu kimi, ötən il Qarabağ Universitetinin təsis edilməsi nəinki Azərbaycanda, həm də digər ölkələr tərəfindən olduqca maraqla qarşılanıb. Yüzlərlə yüksək bal toplayan abituriyentin Qarabağ Universitetini seçməsi də bunun sübutudur. Belə ki, ali təhsil müəssisəsində təhsil alan 600 baldan yuxarı 101 tələbə (9.1%), 500-599 bal aralığında 284 tələbə (25.7%), 400-499 bal toplayan 344 tələbə (31.2%) var. Təbii ki, bu rəqabət keçid ballarına da təsirsiz ötüşməyə bilməz.

 

Maraqlıdır, 2024-2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinin keçid balları müqayisəsi necə olub?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, qəbul nəticələrinə görə, ölkənin paytaxtında olan ali təhsil ocaqları ilə rəqabətə girən Qarabağ Universiteti bir çox ixtisaslarda onlardan üstün nəticə göstərib.

 

Ekspert qeyd edib ki, Qarabağ Universitetinin iqtisadiyyat yönümlü ixtisaslarda digər universitetlərlə müqayisədə yüksək nəticə göstərməsi açıq aydın görünür:

 

“Qarabağ Universiteti kompüter mühəndisliyi ixtisası üzrə ən prestijli universitetləri geridə qoyub. İnşaat mühəndisliyi ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetindən yüksək nəticə göstərdiyinin şahidi oluruq. Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universiteti xaricində digərlərindən yaxşı nəticə göstərib. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisası üzrə bu sahənin ən prespektivli universiteti olan Milli Aviasiya Akademiyası ilə yaxın rəqabətdə olduğu hiss olunur Pedaqoji ixtisaslar üzrə isə region universitetlərindən yüksək nəticə göstərərək mərkəz universitetləri ilə az bal fərqlə rəqabət halındadır. Beynəlxalq münasibətlər və hüquqşünaslıq ixtisası üzrə region universiteti olmasına baxmayaraq, yüksək keçid balı diqqətdən yayınmır”.

 

 

R.Nurəliyev vurğulayıb ki, Qarabağ Universiteti bir çox ixtisas üzrə yaxın gələcəkdə mərkəzin ən güclü universitetləri ilə ciddi rəqabətdə olacaq. Onun sözlərinə görə, növbəti illərdə keçid ballarının yüksəlməsi də gözləniləndir.

 

Qeyd edək ki, cədvəldə qeyd olunan ballar hər bir universitetə aid ixtisaslar üzrə dövlət sifarişli əsaslarla keçid ballarıdır.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...