"Bu, həm də Qərbə mesaj olacaq" - TDT-nin ortaq himni barədə AÇIQLAMA

"Bu, həm də Qərbə mesaj olacaq" - TDT-nin ortaq himni barədə AÇIQLAMA

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.

 

O bildirib ki, marş yaxın gələcəkdə hazırlana bilər: “Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

 

Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək. Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

 

Bununla bağlı saytımıza açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb. O qeyd edib ki, TDT ölkələrinin ortaq himninin hazırlanması əhəmiyyətli təşəbbüsdür:

 

“Bu, hər şeydən əvvəl TDT ölkələri arasında əməkdaşlığın, inteqrasiyasının dərinləşməsinə kömək edəcək. Himn hər bir dövlətin əsas atributlarından biridir. Himnlərdə adətən dövlətlərin ideologiyaları ifadə olunur. Bu baxımdan TDT-nin ortaq himni üzv dövlətlərin ideoloji cəhətdən də daha da yaxınlaşmasına təkan verəcək. Sözügedən məsələ ilə bağlı üzv dövlətlərin təmsil olunduğu xüsusi işçi qrupun yaradılması mümkündür”.

 

Müsahibimiz bildirib ki, ortaq himn həm də digər dövlətlərə, o cümlədən Qərbə mesaj olacaq:

 

“Türk xalqlarının ortaq lüğətinin hazırlanması məsələsinə gəldikdə isə, bu, müxtəlif sahələrdə, o cümlədən ədəbiyyatda, mədəniyyətdə, mediada TDT ölkələri arasında əməkdaşlığı sürətləndirəcək. Perspektivdə müxtəlif ədəbiyyat nümunələrinin tərcüməsinə ehtiyac qalmaya da bilər. Beləliklə, hər iki təşəbbüs TDT üzvləri və bütövlükdə təşkilat üçün vacib, taleyüklü məsələdir”.

 

Günay

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...