Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücum çəkdi

Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücum çəkdi

Əməkdar artist Mehriban Xanlarova efirdə gərgin dolu anlar yaşayıb.

 

Sfera.az xəbər verir ki, hadisə sənətçinin ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində yaşanıb.

 

Belə ki, sözügedən proqrama pənah gətirən Şair adlı qaynata gəlini ilə bağlı “Bizim evdən pul gedib…” fikirlər səsləndirib.

 

Xanlarova isə onun bu sözlərinə “Bu onların ikinci gəlinidir. Sənin birinci gəlinin toya beş gün qalmış niyə qaçıb evdən?” sual ünvanlayıb.

 

Qarşı tərəf “Artıq sözlər danışmayın” söyləyərək ayağa qalxıb və aktrisanın üzərinə gedib.

 

Bu anda isə Mehriban “Üstümə gəlmə… Sənin kimisinin yanında gəlin qalar? O gəlin yaxşı edib gedib” sözlərini ifadə edib.

 

Bundan sonra ikili arasında söz savaşı daha da böyüyüb. Proqramın aparıcısı Zaur Baxşəliyev qaynatanı sakitləşməyə çalışıb. 

 

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...