COP29-da “İqlim dəyişikliyi" müsabiqəsinin qalibləri mükafatlandırıldılar

COP29-da “İqlim dəyişikliyi" müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Noyabrın 18-də Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə Oksford Universiteti “Saïd Business School” və "Burjeel" Holdinqin təşkilatçılığı ilə COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçirilib. 


 

Müsabiqə qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və cəmiyyətdə transformasiya yaratmağa ruhlandırmaq məqsədi daşıyıb. 


 

Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə keçirilən müsabiqəyə 58 ölkədən 1000-dən çox müraciət daxil olub ki, bunun da 135-i Azərbaycandandır.



Ümumilikdə şagirdlərdən ibarət 5 komanda və 5 müəllim final mərhələsində iştirak hüququ qazanıb. 
 

 

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin də iştirak etdiyi final mərhələsində şagird komandaları və müəllimlərin təqdimatları münsiflər tərəfindən qiymətləndirilib. 
 

 

Çıxış edən qonaqlar müsabiqəni həm tədqiqatçı məktəblilər, həm də müəllimlər üçün əhəmiyyətli bir platforma kimi qiymətləndiriblər. 


 

Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib. 


 

Mərasimdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli müsabiqəni müəllim və şagirdlər üçün təcrübə qazanmaq baxımından yaxşı imkan kimi dəyərləndirərək əlavə edib ki, müxtəlif ölkələrin təcrübələrini bölüşmək, müxtəlif kateqoriyalarda yarışmaq fürsəti həm şagirdlər, həm də onların müəllimləri üçün uğurlu bir səyahətin başlanğıcı sayıla bilər.

 

Çıxışlardan sonra qalib şagird və müəllimlər mükafatlandırılıblar. 


 

Eyni gündə Sumqayıt Dövlət Universiteti ilə Oksford Universiteti “Saïd Business School” COP29  çərçivəsində “İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” panel müzakirəsi də təşkil edib.


 

Müzakirənin məqsədi qlobal iqlim fəaliyyətinə təkan vermək üçün təhsil və innovasiyanın gənc liderləri necə inkişaf etdirə biləcəyini araşdırmaq olub. 


 

Panel müzakirədə Sumqayıt Dövlət Universiteti, Oksford Universitetinin “Saïd Business School”, "Burjeel" Holdinq, İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansı, Şiv Nadar Universitetinin nümayəndələri çıxış ediblər. 


 

Panel iştirakçıları gənclərin dəyişikliklər üçün katalizator kimi səlahiyyətlərinin artırılması ilə bağlı fikirlərini bölüşüblər. Paneldə, həmçinin iqlim fəaliyyətlərini təhsilə inteqrasiya etmək üçün uğur hekayələri, çətinliklər və strategiyalar müzakirə olunub.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...