Dünyanın ən yaxşı universitetləri COP29-da elan edildi - FOTO

Dünyanın ən yaxşı universitetləri COP29-da elan edildi - FOTO

Noyabrın 18-də COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.

 

Sfera.az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “QS Quacquarelli Symonds” təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

 

Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin fəaliyyətində dayanıqlı inkişafın təşviqi istiqamətində aparılan işləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq fəaliyyətin ölçülməsinin vacibliyini, o cümlədən Azərbaycan ali təhsil müəssisələrinin ötən illərdə “QS dayanıqlılıq reytinqi”ndə n

əticələrini və bu sahədə gözləntiləri qeyd edib.

 

Daha sonra QS-in vitse-prezidenti Ben Sauter “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” üzrə əsas statistik göstəriciləri və Azərbaycan ali təhsil müəssisələrinin nəticələri barədə təqdimatla çıxış edib. 

 

Bildirilib ki, ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu reytinq cədvəlinə bu il ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi daxil olub. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.

 

Tədbir çərçivəsində sözügedən reytinqə daxil olan ali təhsil müəssisələri QS rəhbərliyi tərəfindən sertifikatla təltif olunub.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...