“Hamısı bir-birinə oxşayır” dedi: Futboldan uzaqlaşdırıldı

“Hamısı bir-birinə oxşayır” dedi: Futboldan uzaqlaşdırıldı

Futbolda irqçiliyə qarşı mübarizə son illərdə böyük vüsət alıb və bu cür ayrı-seçkilik xarakterli ritorikaya qarşı sıfır tolerantlıq siyasəti getdikcə daha çox həyata keçirilir. Ancaq zaman-zaman baş verən xoşagəlməz hadisələr idman dünyasının bu mübarizədə nə qədər həssas olması lazım olduğunu bir daha xatırladır. 

 

Sfera.az bildirir ki, bir müddət öncə "Tottenhem"in uğurlu yarımmüdafiəçisi Rodriqo Bentankur verdiyi açıqlama ilə gündəm olub. Uruqvaylı futbolçu ölkəsində qatıldığı televiziya proqramında komanda yoldaşı Heung-min Sona qarşı dediyi ifadələrə görə ağır cəza alıb.

 

Rodriqo Bentankur verdiyi uğursuz açıqlamaya görə həm meydançalardan uzaq qalacaq, həm də pul cəzası ödəyəcək.

 

27 yaşlı oyunçu milli komandada olarkən ölkəsində bir televiziya kanalına verdiyi müsahibədə "Koreyalıların hamısı bir-birinə bənzəyir" deyib.

 

Bu şərh İngiltərə Futbol Federasiyası tərəfindən irqçi bəyanat kimi qiymətləndirilib.

 

Federasiya uruqvaylı yarımmüdafiəçini 7 oyunluq cəzalandırıb və 100 min funt sterlinq cərimələyib. Cəzanın ancaq liqada keçərli olacağı paylaşılıb.

 

Son olaraq isə, Bentankurun komanda yoldaşından üzr istədiyini və aralarında heç bir problem olmadığını açıqlayıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...