Qadın iş yerində öldürüldü - Keçmiş əri saxlanıldı + FOTO

Qadın iş yerində öldürüldü - Keçmiş əri saxlanıldı + FOTO

Füzuli rayonunda qadın qətlə yetirilib.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib. Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.

 

Bildirilir ki, D.Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.

 

Ali təhsilli olan E.Bağırov isə daha əvvəl ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir?- VİDEO

Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzi qanunun tələblərini pozur.   Sfera.az xəbər verir ki, bu barədə “Baku TV” süjet hazırlay...

Yeni virusun əlamətləri nələrdir?

Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.   Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu v...

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.   Bu barədə Sfera.az-a Azə...

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa d...

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavod...