Bu deputatların MAAŞI ARTDI

Bu deputatların MAAŞI ARTDI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının aylıq vəzifə maaşları artıb.

 

 Sfera.az xəbər verir ki, yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək. Əvvəllər Ali Məclisin deputatları Məclisin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılarsa , yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunacaq.

 

Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3163 manat), sədrin müavini 90 faizini (2997), komitə sədri 65 faizini (2164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.

 

Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1,5 misli həcmində vəzifə maaşına əlavə alırlar.

 

Həmçinin, Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək. (Report)


OXŞAR XƏBƏRLƏR

Özbəkistan prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana səfərə gəlir.   Sfera.az istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkila...

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir?- VİDEO

Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzi qanunun tələblərini pozur.   Sfera.az xəbər verir ki, bu barədə “Baku TV” süjet hazırlay...

Yeni virusun əlamətləri nələrdir?

Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.   Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu v...

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.   Bu barədə Sfera.az-a Azə...

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa d...