“SOCAR məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb” - Mikayıl Cabbarov

“SOCAR məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb” - Mikayıl Cabbarov

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl təşəbbüs”lərin təşviqi və istehsal prosesində formalaşan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində fəal iştirakçı kimi nümunəvi model yaradıb.

 

Sfera.az SOCAR-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov COP29 çərçivəsində “Yaşıl Zona”da SOCAR-ın təşkilatçılığı ilə “SOCAR-ın dekarbonizasiya sahəsində fəaliyyəti: çətinliklər və nailiyyətlər” mövzusunda tədbirində çıxışı zamanı bildirib.

 

M. Cabbarov açılış nitqi ilə çıxış edərək, tədbirin COP29 çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

 

İqtisadiyyat naziri dekarbonizasiyanın Azərbaycanın enerji siyasəti üçün prioritet sahə olduğunu və ölkəmizdə bu istiqamətində irimiqyaslı tədbirlər həyata keçirildiyini bildirib.

 

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış edərək qlobal dekarbonizasiya səylərinin artırılmasının, “yaşıl enerji” imkanlarının genişləndirilməsinin və bu istiqamətdə qabaqcıl təcrübələrin bölüşülməsinin zəruriliyi diqqətə çatdırıb. R. Nəcəf enerji transformasiyasına nail olmaq üçün SOCAR-ın beynəlxalq təşkilatlar və təcrübəli şirkətlərlə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

 

Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JBIC) baş direktoru təqdimatla çıxış edərək sözügedən bankın dünyanın müxtəlif ölkələrində dəstəklədiyi yaşıl layihələr və aşağı karbonlu texnologiyalar haqında ətraflı bəhs edib. Təqdimatda, həmçinin SOCAR ilə dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması xüsusi vurğulanıb. Memorandumun karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə JBIC arasında əməkdaşlığın təşviqini nəzərdə tutduğu qeyd olunub.

 

Tədbirdə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev geniş təqdimat ilə çıxış edərək, SOCAR-ın dekarbonizasiya hədəfləri, bu məqsədlərə çatmaq üçün həyata keçirilən layihələr, emissiyaların ölçülməsi üçün süni intellektə əsaslanan “Metan AI” alətinin tətbiqi, “OGCI” ilə əməkdaşlıq çərçivəsində peyk monitorinqlərinin və “TotalEnergies” ilə birgə dron əsaslı ölçmələrin aparılması, bp şirkəti il birgə həyata keçirilən “AGMR” layihəsi, emissiyalara dair şəffaf hesabatlığın təmin edilməsi məqsədilə “OGMP2.0” təşəbbüsünə qoşulma, həmçinin alternativ və bərpa olunan enerji mənbələri layihələrinə dair iştirakçılara ətraflı məlumat verib.

 

Daha sonra “Boston Consulting Group” şirkətinin icraçı direktoru Anton Kosaç təqdimatla çıxış edərək, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində şirkətin fəaliyyəti və xüsusilə SOCAR ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb.

 

Tədbir zamanı qeyd olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və bu kimi strateji təşəbbüslərin ölkəmizin dayanıqlı inkişaf perspektivində mövqeyinin daha da möhkəmləndirilməsində əvəzsiz rol oynayacağı qeyd edilib.

 

Qeyd edək ki, tədbirdə İqtisadiyyat Nazirliyinin, “SOCAR Qrup”un, “Boston Consulting Group” şirkətlərinin, JBIC-in, OGDC və IOGP kimi beynəlxalq təsisatların, həmçinin digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...