Şamaxıda kürəkənin qayınatasını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Şamaxıda kürəkənin qayınatasını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Şamaxıda 31 yaşlı Əliyev Teymur Vüqar oğlu ailə münaqişəsi zəminində qayınatası 54 yaşlı Quliyev Elşən Seyfi oğluna bıçaqla xəsarət yetirib.
 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.   Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ...

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...