Şolts Putinlə danışıqdan öncə bu liderlərə zəng edib - ADLAR

Şolts Putinlə danışıqdan öncə bu liderlərə zəng edib - ADLAR

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından təxminən bir ay öncə ABŞ, Fransa, Böyük Britaniya və Ukrayna liderləri ilə söhbətin məzmununu razılaşdırıb.  


Sfera.az xəbər verir ki, bu haqda Almaniyanın “Bild” nəşri yazıb. 


Şolts oktyabrın 18-də Co Bayden, Emmanuel Makron və Keir Starmerə zəng edib, Putinlə danışmaq niyyətində olduğunu bildirib. Söhbət zamanı liderlər planları barədə müzakirə aparıblar. Şolts Ukrayna Prezidenti Volodimir Zelenskini də unutmayıb. O, Ukrayna rəhbərini bütün söhbətlər barədə xəbərdar edib.  


Putinə zəng edilməsində əsas məqsəd isə Rusiya rəhbərinin danışıqlara hazır olub-olmadığını öyrənmək imiş.


Xatırladaq ki, noyabrın 15-də Almaniyanın Baş naziri ilə Rusiya prezidenti arasında telefon danışığı olub. Şolts Putini döyüşlərə son qoymağa və ədalətli, davamlı sülhün bərqərar olması məqsədilə Ukrayna ilə danışıqlar aparmağa çağırıb. “Bild” qeyd edir ki, Şolts Putinin ABŞ-də yeni prezidentin işinin icrasına başlayana qədər və Rio-de-Janeyroda keçiriləcək G-20 sammiti (noyabrın 18-19-da keçiriləcək) fonunda dialoqa hazır olub-olmadığını öyrənmək istəyib.


Vasif


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...