"Azərbaycanda birdəfəlik plastik qabların istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur" - Faiq Mütəllimov

"Azərbaycanda birdəfəlik plastik qabların istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur" - Faiq Mütəllimov

Azərbaycanda birdəfəlik plastik qabların digər növlərinin də istifadəsinə məhdudiyyətlər nəzərdə tutulur.

 

Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov COP29 çərçivəsində gündəliyə salınmış BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında deyib.

 

O vurğulayıb ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur:

 

"Bundan öncə polietilen torbalardan, plastik paketlərdən istifadənin qadağan edilməsi ilə bağlı addım atılıb. Növbəti mərhələdə isə plastik su qabları ilə bağlı məhdudiyyətlərin də bura əlavə edilməsi nəzərdə tutulur. Sorğular göstərir ki, plastik torbalar ödənişli olduqdan sonra onlardan istifadə 70 faizə qədər azalıb. Bütün bunlar tullantıların idarə olunması istiqamətində atılan addımların miqyasının genişləndirilməsinə xidmət edir".


OXŞAR XƏBƏRLƏR

Ötən həftə 1 350 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyunun 23-dən 29-na qədər 18 tank əleyhinə mina, 85 piyada əleyhinə mina, 524 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdir...

Lavrov: "Nato dağılacaq"

NATO ölkələrinin hərbi büdcələrini sürətlə artırmaq planları təşkilatın gələcəkdə dağılmasına səbəb ola bilər.   Sfera.az “Gazeta.ru” nə...

"Əməliyyat" adı ilə qətliam - Rusiyanın qanunsuz ƏMƏLLƏRİ

Xəbər verdiyimiz kimi, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə azərbaycanlı miqrantlara qarşı sistemli ayrı-seçkiliyin və zorakılığın da...

Qarabağa getmək istəyənlərə üzücü xəbər

Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində “Yolumuz Qarabağa"...

“Google”dan təcili xəbərdarlıq: Telefonunuzda bu funksiyanı silin

"Google", kibercinayətkarlar tərəfindən istifadə edilən yeni hücum üsuluna qarşı tədbir görmələri barədə xəbərdarlıq edib.   Sfera.az xəbər...

Şamaxıda kürəkənin qayınatasını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Şamaxıda 31 yaşlı Əliyev Teymur Vüqar oğlu ailə münaqişəsi zəminində qayınatası 54 yaşlı Quliyev Elşən Seyfi oğluna bıçaqla xəsarət ...