Rusiya bu ölkəyə qaz ixracını dayandırdı - Mavi yanacaq BAHALAŞIR

Rusiya bu ölkəyə qaz ixracını dayandırdı - Mavi yanacaq BAHALAŞIR

Noyabrın 16-dan Rusiyanın “Qazprom” şirkəti Avstryaya qaz ixracını dayandırıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Avstryanın Baş naziri Karl Nehammer bu addımı Rusiyanın şantaj əməli kimi qiymətləndirib. 


Baş nazir Rusiyadan idxalın dayanmasından sonra ölkəsinin qış aylarında çətinlik çəkməyəcəyini də söyləyib. Onun sözlərinə görə, ölkəsi yetəri qədər qaz ehtiyatı toplayıb, eləcə də alternativ mənbələrdən idxalı artıraraq daxili tələbatı tam ödəyəcək.


Qeyd edək ki, Rusiyanın qaz təchizatını dayandırmasının əsas səbəbi Avstryanın OMV qaz şirkətinin “Qazprom”a qarşı iddia qaldırması və bu iddia hesabına 230 milyon avro təzminat qazanmasıdır. 


Onu da bildirək ki, Rusiyanın qaz ixracını dayandırması xəbərinin yayılmasından sonra Avropada qaz qiymətləri 500 dolları ötüb. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR