"Azərbaycan və Rusiya Xəzərin dayazlaşması problemi ilə məşğul olacaqlar" - Əli Əsədov

"Azərbaycan və Rusiya Xəzərin dayazlaşması problemi ilə məşğul olacaqlar" - Əli Əsədov

Bakı və Moskva Xəzər dənizinin dayazlaşması problemi ilə məşğul olacaq komissiya formalaşdırıb. Digər Xəzəryanı dövlətlərin də onun işinə qoşulacağına ümid edirlər.

 

Sfera.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə danışıqlar zamanı bildirib.

 

Ə.Əsədov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin avqustda Azərbaycana dövlət səfəri zamanı Xəzər problemləri müzakirə olunub.

 

"İki ölkənin prezidentlərinin tapşırığı ilə artıq nazir müavinləri səviyyəsində ikitərəfli işçi qrupları formalaşdırılıb. Bu gündəlik çox vacibdir. Düşünürəm ki, digər Xəzəryanı ölkələr də buna qoşula bilər", - Azərbaycanın Baş naziri bildirib.

 

O qeyd edib ki, komissiyanın qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri aydınlaşdırmaq və dayazlaşmanın azaldılmasına kömək edəcək tədbirlər hazırlamaq vəzifəsi durur.

 

"Bu, bizim region üçün vacib problemdir. Rusiya üçün də bunun çox vacib olduğuna ümid edirəm. Prezident Vladimir Putin də bu barədə danışıb", - deyə Ə.Əsədov bildirib


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...