Səfir qatilinin kompüterindən çıxan ilginc izlər

Səfir qatilinin kompüterindən çıxan ilginc izlər

Mövlud Mərd Altındaş oktyabr ayında internetdə kimin foto və məlumatlarını axtarıb? 

 


Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui qəsdi ilə bağlı aparılan istintaqda yeni detallar ortaya çıxıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində qatil Mövlud Mərd Altındaşın bir evi paylaşdığı dostu, vəkil Serkan Ö. - nün kompüteri  də araşdırılıb. 

Araşdırma zamanı məlum olub ki, 2016-cı ilin oktyabr ayında vəkil Serkan Ö. -nün kompüterindən bir neçə dəfə Karlovla bağlı internetdə axtarış aparılıb, fotoları, çıxışları tapılıb və bunlar incələnib. Bu isə qatilin qətllə bağlı öncədən xeyli hazırlıqlı olduğunu sübuta yetirən məqamdır. O, səfirlə bağlı ən incə detalı belə gözdən qaçırmamağa çalışıb. 
 
Bundan başqa, Altındaşın hazırda həbsdə olan, Çevik Qüvvət Şöbə Müdirliyində vəzifə başında olan daha bir dostu, (o da onunla eyni evdə qalıb) polis məmuru Sercan B. isə istintaqa ifadəsində FETÖ ilə əlaqələrini rədd edib. 

Amma Sercan B. - nin 17 iyul 2016-cı ildə ailə qurduğu həyat yoldaşının dayısının FETÖ-nun "evləndirmə imamı” olduğu iddia edilib. İndiyə qədər sözügedən qətllə bağlı aparılan istintaq çərçivəsində 9 nəfər həbs edilib. 
 
Musavat.com 

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...