Diqqət çəkməmək üçün arvadı və uşağını da... - Terrorçu haqda ŞOK FAKT

Diqqət çəkməmək üçün arvadı və uşağını da... - Terrorçu haqda ŞOK FAKT
"Reina"da dinc insanları qana bulayan terrorçuyla bağlı yeni detallar istintaqa məlum olub.
 
İstanbulun Ortaköyündə terror törədənin şəxsiyyəti təyin olunub. Uyğur türkü olduğu iddia edilən terrorçunun 2016-cı ilin noyabr ayında ailəsiylə birlikdə Konyaya gəldiyi öyrənilib.
 
Onun diqqət çəkməmək üçün həyat yoldaşı və 2 uşağını da yanında gətirdiyi qeyd edilir.
 
Habertürk-ün məlumatına görə, şəxsiyyəti hələlik açıqlanmayan terrorçunun ailəsi nəzarətə alınıb.
 
İstanbul polisi terrorçunu hər yerdə axtararkən hücum əsnasında neçə güllə darağı dəyişdirdiyi ortaya çıxıb. Terror zamanı sağ qalan barmen: "Terrorçu gülləsi bitən zaman "maqazin" dəyişdirmə əsnasında kluba bir şey atır, atdığı bu cisim ətrafı işıqlandırırdı. Ən azı 3 dəfə bundan atdı", - deyib. Barmenin ifadəsinə görə, terrorçunun "maqazin" dəyişdirmə zamanı istifadə etdiyi hərbi vəsaitin məqsədi kütləni çaşdırmaq, kəskin işığın arxasında qalaraq hədəfi daha yaxşı görməyi təmin etməkdi. Bu hərbi vəsaitin xüsusi əməliyyatlar zamanı istifadə edildiyi qeyd edilir. /Milli.Az/

 

OXŞAR XƏBƏRLƏR

Dünya liderləri Trampı təbrik edir

Dünya liderləri ABŞ Prezidenti Donald Trampı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edir.   Sfera.az xəbər verir ki, bır sıra dövlət başç...

Baydendən son həmlə və vida sözləri - FOTO

ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden həyat yoldaşı Cill ilə Ağ Evdən vida "selfi"si paylaşıb.   Sfera.az xəbər verir ki, o, "...

Çində avtomobili izdihamın üzərinə sürən şəxs edam edilib

Çində 2024-cü ilin noyabrında Zhuhai şəhərindəki idman mərkəzinin qarşısında avtomobilini insanların üzərinə sürən şəxs edam edilib. Hücumu həyata keçirən Fan W...

Mbappe "Mançestr Siti"yə keçəcək? - Baş məşqçidən AÇIQLAMA

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real"ın hücumçusu Kilian Mbappeni komandalarına gətirməyin niyə mümkün olmadığından danışı...

Fransada 300 miqrant “işğal etdiyi” teatr müəssisəni iflasa sürükləyir

Artıq bir aydan çoxdur ki, Fransanın Paris şəhərindəki Lirik Sevinc Teatrı başlarının üstündə dam örtüyünə ehtiyacı olan bir qrup evsiz tərəfindən “işğal ...

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - QİYMƏTLƏR açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.   Sfera.az xəbər veri...