Keçi cinsi orqanı ilə ilə sərvət qazanan həkimin tapdığı maraqlı "müalicə" üsulu


Keçi cinsi orqanı ilə ilə sərvət qazanan həkimin tapdığı maraqlı "müalicə" üsulu

Tarix indiyə qədər maraqlı müalicə üsulları görüb. Bu gün "alternativ tibb" adlanan şey, keçmiş illərdə bir çox insanın kor-koranə inandığı bir təcrübə idi.


Sfera.az bildirir ki, John Brinkley (Con Brinkli) adlı həkim icad etdiyi müalicə üsullarını bir addım da irəli apararaq keçi cinsi orqanını kişilərə köçürməyə başlayıb.
Con Brinkli adlı həkim kəşf etdiyi maraqlı üsulla tarix yazmağı bacarıb.
 

Hər şey 1917-ci ildə ABŞ-ın Kanzas ştatında bir fermerin Doktor Brinklinin qapısını döyməsi ilə başlayıb. Fermer cinsi zəiflikdən əziyyət çəkirdi.
 

Bu günə qədər bir çox həkimlərin qapısını döymüş, heç bir dərmanı, müalicəni yoxlanılmamış qoymayıb. Amma onların heç birinin işləmədiyini bildirib.
 

Həkim Brinkli fermerin fikirləri ilə razılaşaraq “müasir” təbabətin bu baxımdan yetərli olmadığını deyib və əlavə edib: “Əgər siz keçi olsaydınız, heç vaxt belə problemləriniz olmazdı!”

Zarafatla deyilən bu cümlə əslində Brinklinin keçmiş illərindəki təcrübələrindən irəli gəlir. 1913-cü ildə Brinkli və bir dostu lisenziyasız bir iş qurub. Onlar kişilərin enerji problemlərini özünəməxsus şəkildə müalicə etməyə başlayıblar.
 

Lakin lisenziyasız olduğu üçün müəssisə bağlanıb və iki dost həbs edilib. İki ildən sonra həbsdən çıxan məşhur həkimimiz yeni iş yerində keçilərin necə cütləşdiyinin şahidi olub.


Zarafat kimi deyilən bu cümlə gerçəkləşib: Doktor Brinkli fermerə keçi xayası köçürdüb.




Fermer həkimin dediklərinə ciddi yanaşaraq keçi xayasının köçürülməsini istəyib. Fermer və həkim birləşərək proseduru yerinə yetirdilər. Təbii ki, bu xəbər kənd camaatı arasında yayıldı. Sonradan çoxları bu əməliyyatı etmək istədiklərini söyləməyə başladılar.
 

Təbii ki, bu hissələrin nə dərəcədə doğru olduğu mübahisəlidir.
Hətta həyat yoldaşına keçi yumurtasının köçürülməsini istəyən və transplantasiyadan sonra uşaqlarının olduğunu iddia edənlər də oldu!


Bu hissələrin şəhər əfsanələri və ya Doktor Brinklinin daha çox pul qazanmaq istəyi ilə uydurduğu şeylər olduğunu təxmin etmək çətin deyil. Ancaq, bu o illərdə məşhur olan həkim Brinkli onun sərvət və şöhrətini artırdı.
 

Bəziləri çıxıb Brinklinin müalicəsinin səhv olduğunu desələr də, müalicədən razı qalmayanlar olsa da, əksəriyyət həkimə inanmaqda davam edib.
1930-cu ildə artan narazılıqdan sonra həkim lisenziyası ləğv edilib. Lakin bu, Brinklinin şöhrətinin sonu deyildi.


Həkim Kanzas ştatında qubernatorluğa müstəqil namizəd oluv və seçkilərdə iştirak edib. Öz radio kanalını qurub və digər radioların danışa bilmədiyi cinsiyyət, din və sağlamlıq kimi mövzuları işıqlandıraraq dövrün ən güclü səslərindən birinə çevrilib. Hətta bir neçə fərqli ştatda tibblə məşğul olmağa başlayıb.
 

Doktor Brinklini son nöqtəyə gətirən, əməliyyat masasında öldüyü sübut edilən 42 kişi olub.
 

 

Hakimiyyətə yüksəldiyi dövrdə Brinkli haqqında yazan Fişbeyn həkimi "zərərli fırıldaqçı" adlandırmışdı. Xəstələr bir araya gələrək həkimi məhkəməyə veriblər və məhkəmə həkimin əleyhinə qərar verib.
 

Milyonlarla dollar təzminat ödəyən həkim 1941-ci ildə müflis olaraq, sağlamlığını və həyatını itirib.4

 

Xanım

 


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...