“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı - VİDEO

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əhalinin keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin edilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işlərini davam etdirir. 

 

Sfera.az xəbər verir ki, bu gündən etibarən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “All in one” (“Hamısı bir yerdə”) prinsipi əsasında inşa edilən “28 May” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyətə başlayır. Bu mərkəzdən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır. 

 

“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılmış, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün ayrıca zolaq ayrılmışdır. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkətini və sərnişinlərin rahatlığını təmin edəcək.

 

Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır. Burada geniş piyada zonaları və mikromobillik zolaqları yaradılmış, nişanlanma xətləri çəkilmiş, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılmışdır. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu müasir üslubda tərtib edilmiş və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirmək imkanını vermişdir.

 

 


OXŞAR XƏBƏRLƏR

Cümşüd “lyuk”a düşməyib, sən demə...- VİDEO

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə d...

Türkiyədə daş karxanasında uçqun olub, ölən və yaralananlar var

Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində, ilkin məlumata görə, bir fəhlə ölüb, ikisi ağır yaralanıb.  ...

Uğurlu diyet növü tapıldı - YENİLİK

Yaponiya alimləri tərəfindən aparılan yeni araşdırma ənənəvi Yapon diyetinin (miso şorbası, düyü, balıq və fermentləşdirilmiş qidalar) depressiya riskini əhəmiy...

Öldü deyilirdi, xalq arasında göründü - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o həmin...

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...

Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"

Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.   Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ru...