Bakıda ilk dəfə yeni nəsil piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda ilk dəfə yeni nəsil piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda ilk dəfə yeni nəsil piyada işıqforları quraşdırılıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki,  Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, metronun "28 May" stansiyasının yaxınlığında ümumilikdə 12 ədəd belə işıqfor işə salınıb. 

 

“Bu işıqforların piyada bölməsinin alt hissəsinə quraşdırılan LED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırır. Nəticədə piyada zolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətli olurlar”.

 

Qurumdan bildirilib ki, bu cür işıqforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub:

 

“Ümumilikdə Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, 3 ədəd velosiped işıqforu quraşdırılıb”.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə daş karxanasında uçqun olub, ölən və yaralananlar var

Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində, ilkin məlumata görə, bir fəhlə ölüb, ikisi ağır yaralanıb.  ...

Uğurlu diyet növü tapıldı - YENİLİK

Yaponiya alimləri tərəfindən aparılan yeni araşdırma ənənəvi Yapon diyetinin (miso şorbası, düyü, balıq və fermentləşdirilmiş qidalar) depressiya riskini əhəmiy...

Öldü deyilirdi, xalq arasında göründü - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o həmin...

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...

Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"

Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.   Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ru...

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə&nb...