Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər etdi

Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər etdi

5-6 noyabr tarixlərində elm və təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin 300 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib. Səfərin məqsədi Rusiya-Azərbaycan Forumunun nəticələri əsasında iki ölkənin ali təhsil müəssisələri ilə yaxından tanışlıq və əməkdaşlıq perspektivlərini müəyyən etməkdir.
 

Sfera.az xəbər verir ki mümayəndə heyətinin tərkibində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev və Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov yer alıb.

 

Səfər çərçivəsində nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Kropaçev ilə görüş keçirib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. 
 

Eyni zamanda, təcrübə mübadiləsinin aparılması məqsədilə Sankt-Peterburq Dövlət Universitetinin tətbiqi kibernetika, geofizika, iqtisadiyyat, sistem proqramlaşdırılması və digər kafedralarının nümayəndələri ilə  görüşlər keçirilib və fəaliyyətləri barədə təqdimatlar edilib.


OXŞAR XƏBƏRLƏR

Cümşüd “lyuk”a düşməyib, sən demə...- VİDEO

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə d...

Türkiyədə daş karxanasında uçqun olub, ölən və yaralananlar var

Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində, ilkin məlumata görə, bir fəhlə ölüb, ikisi ağır yaralanıb.  ...

Uğurlu diyet növü tapıldı - YENİLİK

Yaponiya alimləri tərəfindən aparılan yeni araşdırma ənənəvi Yapon diyetinin (miso şorbası, düyü, balıq və fermentləşdirilmiş qidalar) depressiya riskini əhəmiy...

Öldü deyilirdi, xalq arasında göründü - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o həmin...

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...

Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"

Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.   Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ru...