“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin yekun tədbiri keçirildi

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin yekun tədbiri keçirildi

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında cari ildə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin təntənəli yekun tədbiri baş tutub.
 

Sfera.az xəbər verir ki, festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri, rəsmi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. 
 

Tədbirin sərgi hissəsində müsabiqə iştirakçılarının hazırladıqları rəsm və əl işlərinə baxış keçirilib.
 

Bədii hissədə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi, ümumilikdə 300-dən çox məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.
 

Qeyd edək ki, festival-müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.
 

Layihədə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (uşaq musiqi və uşaq incəsənət məktəbləri istisna olmaqla) 6-17 yaş arası istedadlı şagirdləri üç yaş qrupunda (6-10 yaş, 11-14 yaş və 15-17 yaş) iştirak ediblər. 4 istiqamət üzrə keçirilən festival-müsabiqə çərçivəsində  incəsənətin və yaradıcılığın müxtəlif janr və növləri üzrə fəaliyyət göstərən kollektivlər, dərnək və studiyalar, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətin müxtəlif növləri üzrə məşğul olan istedadlı uşaqlar öz istedadlarını nümayiş etdiriblər.

Festival-müsabiqə 3 mərhələdə (rayon (şəhər), zona, final) keçirilib.
 

Zona mərhələsində 1-ci yeri tutan iştirakçılar 15 oktyabr tarixində Bakı şəhərində keçirilən final mərhələsinə qatılıblar. Münsiflər heyəti tərəfindən final mərhələsinə qatılmış iştirakçılar arasından 116 nəfər I yerə, 94 nəfər II yerə, 84 nəfər isə 3-cü yerə layiq görülüb.

 

 


OXŞAR XƏBƏRLƏR

Öldü deyilirdi, xalq arasında göründü - FOTO

İran mətbuatı ölkənin Ali dini liderinin müşaviri Əli Şamxaninin fotoşəkilini yayıb.   Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, o həmin...

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib

Türkiyənin bəzi bölgələrində güclü meşə yanğınları baş verib.   Sfera.az bildirir ki, Sakarya vilayətində başlayan və Biləcikə yayılan yanğın dünəndə...

Mişustinin müavini: "Rusiya Türkiyədə AES-in tikintisində iştirak edə bilər"

Rusiya Türkiyədə atom-elektrik stansiyasının tikintisində iştirak edə bilər.   Sfera.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ru...

Ukrayna və Azərbaycan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçiriləcək

Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə&nb...

İran MAQATE ilə əməkdaşlığı dayandırır

“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə İranın nüvə obyektlərinə girişə icazə verilməyəcək və həmin obyektlərdə agen...

Azərbaycan Diasporuna Dəstək Fondu maliyyə vəziyyətini açıqladı

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2024-cü ili 2 min manat zərərlə başa vurub. Halbuki, Fond 2023-cü ildən 32...