“McDonald's” Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək

“McDonald's” Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək

1999-cu ildə Fəvvarələr meydanında ilk “McDonald's” restoranının açılmasından artıq 25 il vaxt keçir.

 

Sfera.az xəbər verir ki, bu illər ərzində “McDonald's Azərbaycan” şəhər həyatının ayrılmaz hissəsinə, hər gün minlərlə insanın sevdiyi və ziyarət etdiyi bir məkana çevrilib.

 

Hazırda şəbəkə Azərbaycanın ən böyük şəhərlərində yüz minlərlə daimi qonağa xidmət göstərən 27 restoranı əhatə edir. Şirkətdə 2500-dən çox əməkdaş çalışır ki, onların hər biri qonaqlar üçün xoş və səmimi atmosferin yaradılmasına öz töhfəsini verir.

 

Yubiley ili şirkətin inkişafı və innovasiyaları üçün yeni səhifə açır. Qabaqcıl texnologiyaları tətbiq edən, hər il yüzlərlə yeni iş yeri yaradan və ölkənin müxtəlif bölgələrində mövcudluğunu genişləndirən “McDonald's” böyüməyə davam edir.

 

Bu 25 il təkcə uğur hekayəsi kimi deyil, həm də cəmiyyətə dəstək üçün əhəmiyyətli təşəbbüslər dövrü kimi yadda qalıb. “McDonald's” ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım məqsədilə həyata keçirilən sosial layihələrə xüsusi diqqət ayırır, həmçinin Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq çərçivəsində şəhid övladlarına dəstək layihələri həyata keçirir. Şirkət həmçinin ekoloji təşəbbüsləri fəal şəkildə dəstəkləyir və xüsusi ehtiyacları olan tələbələrə yardım göstərir, bununla da yüksək dəyərlərə sadiqliyini və Azərbaycanın gələcəyinə töhfə vermək əzmini nümayiş etdirir.

 

25 illik yubiley adi yubiley deyil, “McDonald's”ın azərbaycanlıların qəlbində qazandığı etimadin və hörmətin rəmzidir. Şirkət qonaqlara sevinc, keyfiyyət və unudulmaz təəssüratlar bəxş edərək, uzun illərə bəs edəcək xoş xatirələr yaradır.

 


OXŞAR XƏBƏRLƏR

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...