Yeni ilin ilk terroru: İstanbulda dəhşət: 35 ölü, 40 yaralı - YENİLƏNDİ

Yeni ilin ilk terroru: İstanbulda dəhşət: 35 ölü, 40 yaralı - YENİLƏNDİ

Yeni il gecəsi terror bir daha Türkiyəni sarsıtdı. 
Sfera.az  CNN Türk-ə istinadən xəbərinə görə, qanlı terror İstanbulun Beşiktaş rayonundakı Reina gecə klubunda yerli vaxtla saat 01.15-də (Bakı vaxtı ilə saat 00.15-də) baş verib. 
Belə ki, Şaxta Baba paltarında gecə klubuna hücum edən şəxs orada Yeni İli qeyd edənlərə atəş açıb. Hadisə vaxti gecə klubunda 500-dən artıq insan olub.
İstanbul valisi Vasif Şahinin bildirdiyinə görə, "Kalaşnikov" avtomati ilə silahlanan terrorçu əvvəlcə qapıda dayanan polis əməkdaşını və girişdəki bir mülki şəxsi güllələyib. Daha sonra o, gecə klubunda əylənən insanları gülləbaran edib. İstanbul valisinin bildirdiyinə görə, hadisə nəticəsində ən azı 35 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...

Leyla Əliyeva qızı ilə fotosunu paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ad günündə onu təbrik edənlərə təşəkkürünü bildirib. &nbs...

Liderlərdən Xankəndidə həmrəylik nümayişi

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif Xankəndi şəhərində, Ağdərə və Xocalı ...