III Dünya müharibəsi başlayarsa, bu ölkələr təhlükəsiz olacaq - SİYAHI

III Dünya müharibəsi başlayarsa, bu ölkələr təhlükəsiz olacaq - SİYAHI

Dünyada artan münaqişələr Üçüncü Dünya müharibəsi ehtimalını gündəmə gətirib.

 

Sfera.az bildirir ki, “Mirror” qəzetində yer alan xəbərə görə, bəzi insanlar artıq ən pis ssenari üçün hazırlıqlara başlayıb. Silikon Vadisindən olan texnologiya mütəxəssisləri mümkün müharibə vəziyyətindən qaçmaq üçün şəxsi təyyarələr icarəyə götürdüklərini bildiriblər. Nəşrdə dərc olunan yazıda həmçinin dünya müharibəsi başlayarsa, təhlükəsiz ola biləcək ölkələrin siyahısı da yer alıb.

 

Məlumata görə, Avstraliyadan təxminən 1500 km uzaqlıqda olan Yeni Zelandiya III Dünya müharibəsinin mümkün fəlakətlərindən qaçmaq üçün ideal məkanlardan biridir. “Bura nüvə partlayışının təsirindən nisbətən qoruna biləcək. Həmçinin qida anbarı da var, ona görə aclıqdan ölmək ehtimalı azdır”, - “Rethinking Security” adlı təhlükəsizlik şəbəkəsi qeyd edib. 

 

Siyahıda yer alan ölkələrdən biri də Skandinaviya ölkəsi olan İslandiyadır. Bildirilir ki,  III Dünya müharibəsi başlayarsa, bu ölkə də Yeni Zelandiya kimi qoruma üstünlüyü təmin edə bilər. “İslandiya Şotlandiyadan təqribən 800 km, Norveçdən təxminən 950 km və dünyanın qalan hissəsindən çox uzaqdadır. Bu da onun üstünlüklərindən biridir”.

 

Cənubi Amerika ölkəsi Çili də siyahıda yer alır.  Bu ölkənin sığınmaq üçün ideal yer olduğu bildirilir. Məlumata görə, Çili 5 milyonluq əhaliyə, eləcə də təbii sərvətlərə və uzun torpaq zolağına malikdir. Sakit okean ölkəsi Fici müharibə zamanı daha isti iqlim istəyənlər üçün tövsiyə edilib. Siyahıda olan və Yeni Zelandiyadan təxminən 2 min km uzaqlıqda, 100 adadan ibarət olan Ficinin cəmi 900 min əhalisinin olduğu vurğulanıb.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

lham Əliyev Albaniyada işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi B...

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...