Səfirin qətlini xanımı sifariş edib

Səfirin qətlini xanımı sifariş edib

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin qətlini xanımı Fransuaza Amiridis sifariş edib.
"Qafqazinfo"- xəbər verir ki, o, cinayəti törədənlərdən birinə 80 min real (təxminən 25 min dollar) ödəyəcəyinə söz verib.
Bu barədə cümə günü təşkil olunan mətbuat konfransında Rio-de-Janeyro polis müstəntiqi Pontes Maqalyais deyib. O, bunu saxlanılanların ifadəsi əsasında söyləyib.
Bundan əlavə saxlanılan hərbi polis Serjiu Moreyrı Filyo ilə Fransuaza Amiridis arasında gizli eşq münasibətinin olduğu da məlum olub. O, səfirin xanımına olan sevgisini və cinayəti törətdiyini etiraf edib.
Öldürülən səfirin xanımı Fransuaza isə cinayətdə günahının olmadığı bildirib. Onun sözlərinə görə, hadisə barədə yalnız ertəsi gün qonaq otağındakı divanın üstündə qan ləkələrini görəndə bilib. Bununla belə qadın sevgilisini ələ verməmək qərarına gəlib. Bundan başqa, səfirin xanımı diplomatın onu dəfələrlə döydünü bildirib.
Rio-de-Janeyro məhkəməsi hər üç şübhəlinin saxlanmasına order verib. Onlar ən azı 30 gün həbsdə qalacaqlar.
Faktla bağlı araşdırmalar davam edir.


OXŞAR XƏBƏRLƏR

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədinə baş çəkib

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları ko...

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb - Foto

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, meyit rayonun Yergüc kə...

Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - QƏRAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala ra...

Prezident İlham Əliyev CGTN telekanalına müsahibəsindən görüntülər paylaşıb - VİDEO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsindən görüntülər p...

"TikTok"un işində problemlər yaranıb

Rusiyalı istifadəçilər “TikTok”un işində problemlərdən şikayətlənirlər.   Sfera.az xəbər verir ki, bu barədə  “Roskomnadzor&rd...

Zelenski və Sandu Azərbaycan qazının vacibliyindən danışıblar

Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.   Sfera.az xəbər ve...