Azərbaycanlı deputat “Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib

Azərbaycanlı deputat “Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib

Gürcüstan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında parlamentin sədri İrakli Kobaxidzenin sədrliyi ilə bir neçə məsələlər və yeni layihələr müzakirə olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sessiyada parlament nəzdində  3 fraksiyanın yaradılması və digər aktual məsələlər, habelə  parlament nümayəndə heyətlərinin proporsional təmsilçilik məsələləri gündəliyə daxil edilib.

 

Sessiyada "Gürcü Arzusu-mühafizəkarlar”, "Gürcü Arzusu-sosial-demokratlar” və "Gürcü Arzusu-regional inkişaf” fraksiyalarının yaradılması müzakirə olunub. Parlamentin Prosessual Məsələlər və Qaydaları Komitəsinin sədri Georgi Kaxiani parlament çoxluğunun üzvləri daxil olmaqla üç yeni fraksiyanın yaradılması təklifi ilə çıxış edib. Fraksiyaların yaradılmasında proporsional təmsilçilik normaları qaydalarına riayət olunmaqla fraksiyaların yaradılması ilə bağlı qərarlar qəbul edilib.

 

Sessiyada azərbaycanlıların kompakt yaşadığı Qardabani bölgəsindən Gürcüstan parlamentinə majoritar qaydada deputat seçilən Savalan Mirzəyev "Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib.

 

Sessiya dekabrın 30-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...