Alimlər: Döymənin silinməsi xərçəng yarada bilər

Alimlər: Döymənin silinməsi xərçəng yarada bilər

Tatuajın lazerlə silinməsi kanserogen (xərçəng törədən) maddələrin əmələ gəlməsi ilə nəticələnə bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə Flinders Universitetinin saytında məlumat verilib.

 

Tatuajın lazerlə silinməsi ilə bağlı araşdırmada 50 nəfər iştirak edib. Təhlil göstərib ki, döymənin silinməsi zamanı mürəkkəbdən zəhərli birləşmələr ayrılıb.

 

"Biz DNT-yə zərər verdiyi, məhsuldarlığa təsir etdiyi və hətta xərçəngə səbəb olduğu bilinən kimyəvi maddələri müəyyən etdik",- alimlər bildirib.

 

Hələlik alimlər aşkar edilən maddələrin insan sağlamlığına necə təsir etdiyini dəqiq bilmirlər. İndi onlar bu birləşmələrin qan dövranına daxil olub-olmadığını qiymətləndirməyi planlaşdırırlar. Bunun üçün onlar növbəti könüllülər qrupunda qan analizi aparacaqlar.

 

Müəlliflər qeyd ediblər ki, “Biz lazer döyməsinin silinməsinin təhlükəsizliyi, xüsusən də böyrəklər və qanı süzən digər orqanlar üçün daha çox öyrənməliyik”.

 

İnci 


OXŞAR XƏBƏRLƏR

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...

"Pakistana çox sərt cavab veriləcək" - Hindistan XİN

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Pakistanın mümkün hərbi hərəkətlərinə qarşı “çox sərt” cavab veriləcəyini bəyan edib. ...

Fridrix Merz: “Ciddi danışıqlar başlaya bilər”

Almaniyanın kansleri Fridrix Merz bu həftə sonu Ukrayna münaqişəsinə son qoymaq məqsədilə “ciddi danışıqların” başlanacağına ümid etdiyini bildirib....

Mayın 10-u və 11-i ilə bağlı XƏBƏRDARLIQ... - İki gün...

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gö...

Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin

Ətir insanın xarakterini və zövqünü əks etdirən incə bir detaldır. Gündəlik həyatda özümüzü daha inamlı və cəlbedici hiss etməyimizə kömək edir. Lakin bazarda m...