Uşağınızda bu əlamətlər varsa, hipertoniya xəstəsidir - Valideynlərin DİQQƏTİNƏ!

Uşağınızda bu əlamətlər varsa, hipertoniya xəstəsidir - Valideynlərin DİQQƏTİNƏ!

“Arterial hipertenziya (hipertoniya) adətən yaşlılar arasında ən çox yayılan hallardan biridir, lakin buna uşaqlar arasında da rast gəlinir”.

 

Sfera.az bildirir ki, bunu pediatr Aynur Adıgözəlova deyib.

 

Onun sözlərinə görə, uşaqlarda arterial təzyiq göstəriciləri böyüklərdən fərqli olaraq, hər yaş qrupuna görə dəyişir:

 

“Uşaqlarda təzyiq müxtəlif səbəblərə görə yüksəlir. Ümumiyyətlə, arterial hipertenziya birincili və ikincili xarakter daşıyır. Birincili hipertenziya heç bir xəstəliyin ağırlaşması olmadan sərbəst şəkildə yaranır və hipertoniya xəstəliyi kimi də tanınır. Uşaqlarda bunun yaranma səbəbi çox ola bilər, o cümlədən irsi meyillik, psixoemosional gərginlik, passiv həyat tərsi, əmək və istirahət saatlarının qeyri-düzgün paylaşdırılması, keçid yaş dövrü, telefon asılılığı və s. İkincili arterial hipertenziya isə böyrək, endokrin, ürək-damar və s. sistemlərin xəstəliklərinin simptomu kimi yarana bilər”.

 

Mütəxəssis bildirdi ki, uşaqlarda yüksək arterial təzyiq adətən baş ağrısı, ürək bulanma, qusma, baş gicəllənmə, qulaqlarda küy, tez yorulma, qıcığa meyillilik, burundan qanın açılması kimi əlamətlərlə özünü göstərir:

 

“Bəzən simptomsuz keçir və təsadüfən təzyiqi yoxladıqda aşkarlanır. Amma bu o demək deyil ki, tanometrdə bir dəfə yüksək rəqəm gördüksə, bu, hipertenziyadır. Arterial təzyiqin ölçülmə qaydası və şərtləri var. Şərtlər düzgün icra olunmazsa, göstərici düzgün olmaya bilər. Bu da, öz növbəsində, valideynləri əsassız yerə həyəcanlandıra bilər. İstənilən halda əgər valideyn nədənsə narahatlıq duyursa, mütləq pediatra müraciət etməli və ixtisaslaşmış personal tərəfindən təkrar təzyiq ölçülməlidir. Arterial təzyiq uşağın sakit, oturaq vəziyyətində, arasında 3-5 dəqiqə interval olmaqla 3 dəfə ölçülməlidir. Eyni zamanda, ürək döyüntülərinin sayı və ritmi də qiymətləndirilməlidir. Yüksək arterial təzyiqin bir dəfə qeydə alınması heç də arterial hipertenziyadan xəbər vermir. Bunun üçün 1-2 həftə sınaq müddəti qoyulur və bu müddət ərzində təzyiqin göstəricilərini nəzarətdə saxlamaq lazımdır”.

 

Pediatr qeyd etdi ki, qeyri-sağlam qidalanma uşaqlarda arterial təzyiqin ilkin səbəbi ola bilər:

 

“Mütləq qida və yuxu rejimi normallaşmalı, az kalorili sağlam qidalara üstünlük verilməli, artıq çəki varsa, onunla mübarizə aparılmalıdır. Yeməklərdə duzu azaltmaq, ədviyyatlardan az istifadə etmək lazımdır. Heyvan mənşəli yağlar azalmalı, bitki mənşəli yağlara üstünlük verilməlidir. Karbohidrat, tünd çay, kofe, şəkərli içkilər, duzlu və ədviyyatlı çərəzlər, hisə verilmiş qida növləri minimuma endirilməlidir. Bunların əvəzində kalium və maqneziumla zəngin qida maddələri o cümlədən quru meyvələr, boranı, paxlalı bitkilər, gül kələm, brokoli, ərik, üzüm, şaftalı, dəniz məhsulları, eyni zamanda kəsmik, pendirin sərt növləri kimi qida maddələri istifadə olunmalıdır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI

Axirətə - ölümdən sonra həyatın mövcudluğuna ən çox inanan ölkələrin adları açıqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, siyahıda müsəl...

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...

"Pakistana çox sərt cavab veriləcək" - Hindistan XİN

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Pakistanın mümkün hərbi hərəkətlərinə qarşı “çox sərt” cavab veriləcəyini bəyan edib. ...

Fridrix Merz: “Ciddi danışıqlar başlaya bilər”

Almaniyanın kansleri Fridrix Merz bu həftə sonu Ukrayna münaqişəsinə son qoymaq məqsədilə “ciddi danışıqların” başlanacağına ümid etdiyini bildirib....

Mayın 10-u və 11-i ilə bağlı XƏBƏRDARLIQ... - İki gün...

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gö...