Uşaqları peyvənd etdirək, ya yox? - Həkim məsləhəti

Uşaqları peyvənd etdirək, ya yox? - Həkim məsləhəti

"Uşaqların peyvənd olunması çox vacibdir. İlk növbədə immunoprofilaktika yoluxucu xəstəliklərin qarşısının alınması, məhdudlaşdırılması və ləğvində çox mühüm rol oynayır".

Sfera.az bildirir ki, bunu APA TV-nin "Sosium" proqramının qonağı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib. Onun sözlərinə görə, yoluxucu xəstəliklər və onların fəsadlarını aradan qaldırmaq müəyyən zaman tələb edir: "Məhz buna görə, valideynlərdən xahiş edirəm ki, uşaqlarını bu peyvəndlərdən kənarda qoymasınlar. Bir iynənin, vaksinin vurulması ilə uşaqların ağlamasına fikir verilməməlidir. Bir iynənin vurulmasından uşaqların ağlamasından narahat olmayın. Yoluxucu xəstəliklərə yoluxmaq və onun ağır nəticələri ilə üzləşməkdənsə, peyvəndin vurulması daha yaxşıdır. Yoluxucu xəstəliklər uşaqların orqanizminə mənfi təsir edir və bu fəsadların aradan qaldırılması bütün valideynlərə mənəvi və maddi cəhətdən zərbə vurur. Məhz buna görə də, bütün uşaqlar Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndlə əhatə olunmalıdır".

G.Azadəliyeva bildirib ki, ölkəyə 9 adda vaksin gətirilir ki, bu vaksinlər 11 adda xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. "Azərbaycanda uşaqlar doğum evində ilk 12 saat ərzində Hepatit B-yə qarşı peyvənd alır. Doğuşdan 3-7 gün ərzində uşaqlara vərəmə qarşı BSJ, uşaq iflicinə qarşı polimelilit peyvəndi vurulur. 2 aylığında göy öskürək, tetanus, difteriya qarşı HİP, pnevmoniya əleyhinə pnevmokok vaksini alır. Pnevmokok vaksini uşaqları pnevmoniyadan, meningitlərdən, artiritlərdən qoruyur. Bu ilin fevralın 15-dən 6 aylıq uşaqlara İPV vaksinini tətbiq edirik. Bununla yanaşı, pnevmokokun 3-cü vaksinini edirik. Bundan başqa, polimelitetə qarşı iynə şəklində vaksinasiyadan istifadə olunur. Bu polimelit viruslarından qoruyur. Bundan başqa, 1 yaşında uşaqlara qızılca, məxmərək, paratit vaksinasiyasını aparırıq. Bu vaksinasiyalar aparılması, uşaqlar bu xəstəlikləri ağır keçirdir. Uşaqlara təqvimə uyğun peyvəndlər vurulsa, onlar xəstəliklərə yoluxmaz və ya daha yüngül keçirər. Qızılca xəstəliyinə qarşı peyvənd olunan uşaq heç vaxt bu xəstəliyi keçirmir. Amma peyvənd almayan uşaqlarda bəzi hallarda bu xəstəlik nəticəsində şikəstlik əmələ gələ bilər və ya digər ağırlaşmalar baş verə bilər. 1 yaş 6 aylığında 5 komponentli HİP-in yerinə göy öskürək, tetanus, difteriya qarşı revaksinasiyası dediyimiz AKDS adlanan vaksindən istifadə edirik. Bununla yanaşı, polimelit revaksinasiyası aparılır. 6 yaş tamamında qızılca, məxmərəyə, difteriya, tetanusa qarşı peyvənd vurulur. Bu peyvəndləri zəncirvari tətbiq etməkdə məqsədimiz odur ki, müəyyən dövrlərdə vaksinasiyadan kənar qalan uşaqlar revaksinasiyalar nəticəsində immunitet qazansın və yoluxucu xəstəliklərə yoluxmasın".
 
Onun sözlərinə görə, sağlam uşaqlar mütləq peyvənd olunmalıdır. Müəyyən xəstəlik keçirən uşaqlara isə yalnız sağaldıqdan sonra peyvənd vurulmalıdır: "Uşaqların yalnız  pediatr yoxlamasından keçəndən sonra peyvənd olunmasına icazə verilir. Amma müəyyən xəstəliklər var ki, məsələn qan xəstəlikləri olan uşaqlara peyvənd vurulmamalıdır".
 
G.Azadəliyeva qeyd edib ki, peyvənd vurulandan sonra müəyyən reaksiyaların olması valideynlərdə narahatlıq yaratmamalıdır: "Peyvənd vurulan zaman orqanizmə yad cisimlər daxil olur. Vaksinlər vurulan zaman orqanizmdə antitellər əmələ gəlir. Buna görə də bu reaksiyalar olmalıdır. İstər istəməz, bəzi vaksinlərdə 10-15% müəyyən reaksiyalar olur. Bu reaksiyalar, temperaturun yüksəlməsi, ağrı, şişkinlik müşahidə edilirsə, bu o deməkdir ki, orqanizm bu xəstəliklərə qarşı immunitet yaranır. Bütün peyvəndlərdə ayrı-ayrı ağırlaşmalar var. Məsələn, müəyyən səbəblərdən 5 komponentli HİP-də temperaturun yüksəlməsi, anafilaktik şok, ensefalopatiya kimi ağırlaşmalar olur. Ancaq bu milyonda bir müşahidə edilir. Bununla bağlı statistik rəqəmlər var. Bizdə peyvəndlərdən sonra ağır ağırlaşmalar qeydə alınmayıb. Həmin statistik göstəricilər təhlil olunur və sonra vaksindən istifadə ilə bağlı qərar verilir. Bütün dünyada bu vaksinlərdən istifadə edir".
 
Həkim Hindistanda və bəzi ölkələrdə istehsal olunan peyvəndlərin keyfiyyətsiz olması ilə bağlı fikrilərlə razılaşmır. Onun sözlərinə görə, ölkəyə gətirilən bütün peyvəndlər yoxlamadan keçir.
 
Vaksinasiyadan ağır hallar, ölüm hadisələrinin baş vermədiyini əsas gətirən G.Azadəliyeva valideynlərə müraciət edərək yoluxucu xəstəliyin fəsadları ilə üzləşməmək üçün övladlarına peyvəndin vurulmasını məsləhət görür.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...