Kamaləddin Qafarov: “Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir”

Kamaləddin Qafarov: “Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir”

45 min nəfərdən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdular. 25-29 oktyabr 1993-cü ildə qeyri-bərabər döyüşlərdə əhali 235 nəfər şəhid və itkin verərək Araz çayından İran İslam Respublikasının ərazisinə keçərək xilas ola bilmişdi”.

 

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

 

Millət vəkili xatırladıb ki, işğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı.” Rayon ərazisində dəhşətli cinayətlər baş verdi, kəndlər, infrastrukturlar məhv edildi, tarixi ən qədim dövrlərə, bəzilərinin isə hətta eramızdan əvvəl VI əsrə qədər gedib çıxan tarixi abidələr erməni vandalizminin qurbanı oldu, talan edildi və tamamilə dağıdılaraq, yerlə-yeksan olundu.”

 

K.Qafarov Zəngilanın azad edilməsinin Vətən müharibəsinin gedişində əldə olunmuş mühüm qələbələrdən biri olduğunu vurğulayıb: “2020-ci ilin 20 oktyabr tarixində Şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində növbəti parlaq qələbələrindən birini əldə etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilandan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun yeddi kəndinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Ümumilikdə isə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. Bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ - ADLAR

Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.   Sfera.az-ın məlumatına görə...

Azər Türk Bankdan bayramlar münasibətilə cashback kampaniyası

Dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Google Pay və Apple Pay təmassız ödəni...

Söyüdlü qızıl yatağının işlənməsinə icazə veriləcək

Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası...

Rusiyaya qarşı növbəti SANKSİYA PAKETİ - Bu tarixdə qəbul ediləcək

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiya paketi hazırdır.   Sfera.az xəbər verir ki, həmin sanksiya paketi 2025-ci il fevralın 24...

TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb

İl ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 80 ədəd təcili tibbi yardım avtomobili alınıb.   Sfera.az xəbər verir ki, bunu ...

TƏBİB tabeli tibb müəssisələrində çalışan işçilərin sayı açıqlandı

TƏBİB-in tabeli tibb müəssisələrində 93 min 64 işçi çalışır, onlardan 16 min 695-i həkimdir.   Sfera.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı dir...