Nobel mükafatının qalibi Daron Acemoğlu ilə bağlı MARAQLI FAKTLAR

Nobel mükafatının qalibi Daron Acemoğlu ilə bağlı MARAQLI FAKTLAR

İqtisadiyyat elmləri üzrə "Nobel" mükafatının qalibləri bəlli olub. Daron Acemoglu, Saymon Conson və Ceyms A.Robinson 2024-cü ilin laureatları elan edilib.Laureatlar arasında erməni əsilli türkiyəli alim, professor Daron Acemoğlu xüsusilə diqqət çəkib.

 

Sfera.az-ın məlumatına görə, Daron Acemoğlu Türkiyədən olan üçüncü Nobel laureatıdır. Daha əvvəl əslən Türkiyədən olan yazıçı Orxan Pamuk və kimyaçı alim Aziz Sancar Nobel mükafatına layiq görülmüşdülər.

 

Bəs Daron Acemoğlu kimdir?

 

Türkiyə mənbələrinin məlumatına görə, 3 sentyabr 1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu erməni əsillidir. Onun atası da, anası da erməni milliyyətindədidir. O, 1986-cı ildə Qalatasaray liseyini bitirib. 1989-cu ildə İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra 1990-cı ildə London İqtisadiyyat Məktəbində magistr və 1992-ci ildə isə elmlər namizədi dərəcələrini alıb.1992–1993-cü illərdə bu məktəbdə dərs deyib.

 

Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır.

 

O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb.


İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir. O, siyahıda 8-ci yerdədir.

 

Əcəmoğlunun iki kitabı elm dünyasında rezonans doğurub – "Modern iqtisadi böyüməyə giriş" (2009) və "Diktatorluq və demokratiyanın iqtisadi kökləri" (2005).

 

2010-cu ilin 100 qlobal fikir adamı arasına girməyi bacaran Əcəmoğlu Nobel mükafatına namizədlər sırasında da yer alıb. 2024-cü il 14 oktyabrda Saymon Conson və Ceyms A.Robinson ilə bərabər İqtisadiyyat üzrə "Nobel" mükafatına layiq görülüb.

 

Daron Acemoğlu oyun və optimallaşdırma nəzəriyyəsi ilə bağlı araşdırmaları ilə tanınan türk əsilli Asuman Özdağlar ilə evlidir və cütlüyün Arda və Aras adlı iki oğlu var. Asuman Özdağlar da Massaçusets Texnoloji İnstitutunun professorudur. D.Acemoğlunun qayınatası İsmail Özdağlar mərhum Turqut Özal hökumətində nazir işləyib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...