Trampa qarşı üçüncü sui-qəsd cəhdinin qarşısı alındı

Trampa qarşı üçüncü sui-qəsd cəhdinin qarşısı alındı

Donald Trampa qarşı üçüncü sui-qəsd iddiası yayılıb.

 

Sfera.az bildirir ki, bu barədə Riversayd dairəsinin şerifi Çad Bianko mətbuata açıqlama verib. Daha əvvəl iki sui-qəsd cəhdindən sağ çıxan ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Kaliforniyada keçirdiyi seçki mitinqindən əvvəl silahlı şəxsin tutulduğu bildirilib.

 

“Dünən Trampın seçki mitinqinin keçiriləcəyi ərazidən yarım kilometr aralıda polis nəzarət məntəqəsində saxlanılan avtomobilə baxış zamanı mitinqə saxta giriş kartı, qanunsuz yolla əldə edilmiş ov tüfəngi, tapança aşkar edilib. Vem Miller adlı 49 yaşlı şübhəlinin sağçı anti-hökumət təşkilatının üzvü olduğuna və Trampı öldürməyi planlaşdırdığına inanırıq. Yəqin ki, biz üçüncü sui-qəsd cəhdini dayandırdıq”.

 

Yerli mətbuatın verdiyi məlumata görə, saxlanılan Vem Miller qanunsuz silah saxlamaq ittihamı ilə mühakimə olunub və 5 min dollar girov müqabilində sərbəst buraxılıb.Eyni zamanda qeyd olunub ki, sözügedən şəxs Kaliforniya Universitetində magistr dərəcəsi alıb və 2022-ci ildə Nevada senatına namizədliyini irəli sürüb.

 

Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı Metyu Kruks adlı şübhəli AR-15 tipli silahla Trampa sui-qəsd etməyə cəhd edib və güllə onun qulağına dəyib. Digər şübhəli Ryan Uesley Rout isə sentyabrın 15-də Floridada qolf oynayarkən respublikaçı namizədə sui-qəsd cəhdinə görə tutulub.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...