“O görüntülərin şokunu heç vaxt unutmayacağam” – Yeni Baş nazirdən DİQQƏTÇƏKƏN ETİRAF

“O görüntülərin şokunu heç vaxt unutmayacağam” – Yeni Baş nazirdən DİQQƏTÇƏKƏN ETİRAF

Yaponiyanın Baş naziri Şiqeru İşibanın son açıqlaması diqqət çəkib.

 

Sfera.az bildirir ki, o, ABŞ-nin Yaponiyanın Hiroşima şəhərinə atom bombası atması ilə bağlı danışıb. İşiba bu barədə yeddi böyük Yaponiya partiyasının liderləri ilə müzakirə zamanı çıxış edib.

 

“ABŞ tərəfindən yayımlanan Hiroşimaya atom bombası atılması görüntülərini görəndə keçirdiyim sarsıntını heç vaxt unutmayacağam”, - nazir qeyd edib.

 

O bunun ibtidai məktəb dövrünə təsadüf etdiyini vurğulayıb. İşiba nüvə silahının olmadığı bir dünya yaratmaq istədiyini əlavə edib. Bundan əvvəl, hakim partiyada seçki kampaniyası zamanı Şiqeru İşiba Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin, regionda “Asiya NATO-su”nun və kollektiv təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olduğunu bildirmişdi.

 

İşiba Hudson İnstitutu üçün yazdığı məqalədə isə "NATO-nun Asiya versiyası, xüsusilə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi imkanlarını və ya sadəcə olaraq, regionda nüvə silahlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirməlidir", - yazmışdı.

 

Xatırladaq ki, İkinci Dünya Müharibəsində ABŞ tərəfindən Hiroşima və Naqasakiyə atılan atom bombaları Yaponiyanın təslim olmasını sürətləndirmək məqsədi ilə həyata keçirilmişdi. Birləşmiş Ştatlar hələ də partlayışlara görə öz mənəvi məsuliyyətini etiraf etmir, onları hərbi zərurət kimi əsaslandırır.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...