Putinin YENİ PLANI: “O, Qərblə bu əraziləri bölüşdürmək istəyir” - AÇIQLAMA

Putinin YENİ PLANI: “O, Qərblə bu əraziləri bölüşdürmək istəyir” - AÇIQLAMA

Putin çox qütblü dünyanın formalaşması və yeni dünya nizamının yaradılması üçün Qərblə danışmağı təklif edib. O bu barədə Aşqabadda “Dövrlər və sivilizasiyalar arasındakı əlaqə - Sülhün və inkişafın əsası” adlı forumda çıxışında deyib.

 

“Bütün bunlar bu gün də ağıllı insanlar üçün yaxın və başa düşüləndir, xüsusilə dünyanın sivilizasiyanın qırılma xətlərinin yaratdığı misli görünməmiş təhlükələrlə, millətlərarası və konfessiyalararası münaqişələrlə üzləşdiyi, beynəlxalq münasibətlər zəmanəsinə qədəm qoyduğu indiki çətin şəraitdə aktualdır”, - Rusiya prezidenti bildirib.

 

Putinin sözügedən çıxışının pərdəarxasında nələr dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya liderinin çıxışından aydın olur ki, bu ölkənin Ukraynaya qarşı hərbi əməliyyatları yeni dünya nizamının yaradılması və öz təsir dairəsinin formalaşdırılmasına hesablanan siyasi addımdır:

 

“Putinin Türkmənistanda verdiyi bu bəyanat təsadüfi deyil. Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında rəqabət kəskinləşib. Burada Çin də mühüm rol oynayır. Amma Mərkəzi Asiya ölkələri Qərblə əməkdaşlıqda daha maraqlı görünür. Çünki Rusiya gələcək perspektivdə bu ölkələrin suverenliyini məhdudlaşdıra bilər. Bu il ərzində Fransa, Almaniya liderləri Mərkəzi Asiya ölkələrinə səfər edib. ABŞ bu ölkələrlə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirib, prezidentlərin iştirakı ilə konfranslar təşkil edib. Məhz baş verən bu proseslər fonunda Kreml rəhbərliyi Qərbin Mərkəzi Asiya siyasətindən narahatdır”.

 

Müsahibimiz qeyd edib ki, Putin Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsi hesab edir:

 

“O, Vaşinqtonla bir masa arxasında oturub dünyanı bölüşdürmək istəyindədir. Qərb liderləri isə bunun əleyhinədir. Məhz Ukraynadakı müharibə də bunun nəticəsidir. ABŞ və Böyük Britaniya Rusiyanın yenidən fövqəl dövlət statusu əldə edib, iki qütblü sistem qurmasına icazə verməyəcək. Ona görə də Putin hərbi yolla yeni siyasi nizam yaradaraq Rusiyanın təsir dairəsini formalaşdırmağa çalışır. Rəsmi Moskva Ukraynada müəyyən uğurlar əldə edərsə, Mərkəzi Asiya ölkələrinə təzyiqlərin gücləndirilməsi mümkündür. Bu baxımdan, ABŞ başda olmaqla, Qərb ölkələri Rusiyanın regional dövlət statusunda qalması üçün bütün ssenariləri tətbiq edəcəklər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...