Qızını 48 il əvvəl itirən ana hökumət və Uşaq Evinə qarşı təzminat davası açdı


Qızını 48 il əvvəl itirən ana hökumət və Uşaq Evinə qarşı təzminat davası açdı

48 il əvvəl qızı yoxa çıxan ana hökuməti və uşaq evini məhkəməyə verib. 2019-cu ildə edilən DNT testi nəticəsində itkin qızına qovuşan qadın, hadisədə səlahiyyətlilərin səhlənkarlığını əsas gətirərək, təzminat üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.


Sfera.az bildirir ki, 70 yaşlı cənubi koreyalı Han Tae-soon 4 yaşında ikən qaçırılan uşağının uşaq evinə aparıldığı, sonra isə övladlığa götürülmək üçün ABŞ-a göndərildiyi üzə çıxdıqdan sonra məhkəməyə müraciət etmək qərarına gəlib.


Seul Mərkəzi Rayon Məhkəməsi binası qarşısında jurnalistlərə açıqlama verən Han Tae-soon, Cənubi Koreya hökumətinin qızının övladlığa götürülməsinə mane ola bilmədiyi üçün məsuliyyət daşıdığını əsas gətirərək, təzminat tələbi ilə məhkəməyə müraciət etdiyini bildirib.


Düz 48 il əvvəl qızını itirən dərdli ana övladının itdiyini polisə bildirdikdən sonra illərlə ümidsizcəsinə qızını axtarıb. Bu müddət ərzində o, tez-tez polis idarələrinin və dövlət məmurlarının qapılarını döyüb.


Ananın vəkilləri qızın itkin düşdüyü bildirildikdən bir gün sonra polis tərəfindən müəssisəyə yerləşdirildiyini və uşaq evinin valideynlərini tapmaq üçün heç bir səy göstərmədiyini iddia edir.


40 ildən artıqdır qızını axtaran ana nəhayət ki, 2019-cu ildə keçirilən DNT testi nəticəsində qızını tapsa da, cinayətkarları tutmaq üçün qanuni mübarizəsini davam etdirir.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...