16 ildir görüşmürdülər: Madonnanın kiçik qardaşı vəfat edib


16 ildir görüşmürdülər: Madonnanın kiçik qardaşı vəfat edib

Məşhur müğənni Madonnanın kiçik qardaşı dünyasını dəyişib. 63 yaşlı Kristofer Ciccone Madonnanın ən yaxın dostu və köməkçisi olub. Amma o, bacısı haqqında bir kitab yazdıqdan sonra Madonna bundan narazı qalıb. Bu onların arasında mübahisəyə səbəb olub.
 

Sfera.az bildirir ki, Kristofer Ciccone 63 yaşında vəfat edib.


Madonna Luoz Cicconenin kiçik qardaşı Kristofer Ciccone bir müddətdir xərçənglə mübarizə aparırdı. Onların ögey anası Joan Claire Ciccone də sentyabrın 24-də vəfat edib.
 

Qardaş və bacı Pop Kraliçasının karyerası boyunca sıx əməkdaşlıq etsələr də, 2008-ci ildə Kristoferin "Bacım Madonna ilə həyat" adlı sensasiyalı kitabına görə ayrılıblar.
 

Kristofer karyerası boyunca dizayner, rəssam və rejissor kimi çalışıb, konsert turları hazırlayıb, musiqi klipləri və filmləri idarə edib, kommersiya və yaşayış evlərinin interyerləri və mebellərinin dizaynı ilə məşğul olub.


Dostlarından biri : "O, çox istedadlı, böyük yumor hissi olan bir insan idi"-deyə bildirib.
 

Bir vaxtlar Madonnanın ən yaxın qardaşı olan Kristofer karyerasına onun köməkçisi, geyim dizayneri, stilist və bədii rəhbər kimi başlayıb. Madonna və Kristofer Miçiqanda birlikdə böyüyüb və birlikdə rəqs etməyi öyrəniblər. Kristofer daha sonra Madonnanın ardınca Nyu-Yorka gedib. Burada onun sərvət və şöhrətə doğru uzun səyahəti başlayıb.


Kitabında Kristofer məşhur bacısını tərcümeyi-halını əhəmiyyətli dərəcədə bəzəyən biri kimi təsvir edirdi.
 

"O, sadəcə bir cüt balet ayaqqabısı və 35 dollarla Tayms Meydanına gəldiyi hekayəsini yayan orta səviyyəli bir qız kimi görünmək istəyir. Amma bu, saf mifologiyadır və getdikcə daha mifoloji olur”- deyə Kristofer kitabda yazıb.


 

Qardaşları kimi o da alkoqol və narkomaniya ilə mübarizə aparırdı və Madonna dəfələrlə reabilitasiya xərclərini öz üzərinə götürüb.
 

Madonna hətta, 2003-cü ildə Kristoferi tur direktoru vəzifəsindən qovub. Kristoferin hər şeyi izah edən xatirə kitabı, "Bacım Madonna ilə həyat" məhz 2008-ci ildə nəşr olunub.


2016-cı ildə ailə həyatı quran Kristofer verdiyi müsahibəyə görə, 2012-ci ilə qədər bacısı ilə münasibətləri yaxşılaşdırıb. Amma onlar artıq birlikdə işləmirdilər.
 

Kristofer müsahibəsində “İndi tamamilə normal münasibətdəyik, yaxşı iş görürük”-deyib.
 

"Onu çoxdan görməsəm də, onun üçün işləməsəm də bir-birimizlə daimi əlaqə saxlayırıq, bu daha yaxşıdır".


 

Xatırladaq ki, Madonnanın yeddi qardaş və bacısı var. Onların hamısı qeyri-ictimai həyat tərzi keçirir. Ailənin üzüm bağını bacılar idarə edir. Başqa bir qardaşı Entoni 2023-cü ildə yoxsulluq içində həddindən artıq dozada narkotik qəbulu nəticəsində ölüb.


Madonna öz “İnstagram” səhifəsində qardaşı haqqında paylaşım edərək:
 

“Qardaşım Kristofer getdi. O, uzun müddət mənim üçün ən yaxın insan olub. Aramızdakı bağı sözlərıə izah etmək çətindir"-deyə o başlığa yazıb.
 

Madonna 90-cı illərdə kiçik qardaşı ilə çəkdirdiyi şəkilləri paylaşıb.
 

"Ac heyvanlar kimi incəsənəti, musiqini və kinonu yedik. Yas mərasimlərinə birlikdə getdik, ağladıq, şənliklərə birlikdə getdik, rəqs etdik. Karyeramın əvvəlində səhnədə də birlikdə rəqs etdik və sonunda Biz Roma Katolik Kilsəsinə meydan oxuduq. Qüsursuz zövqü və kəskin dili var idi, mən onu həmişə bağışlamışam”-deyə Pop-diva yazıb.


 

Madonna aralarındakı münaqişəyə də münasibət bildirib.


"Son bir neçə il asan olmadı. Bir müddət danışmadıq, amma qardaşım xəstələnəndə bir-birimizə yenə yol tapdıq. Onu mümkün qədər uzun müddət yaşatmaq üçün əlimdən gələni etdim. Biz yenidən əl-ələ tutduq. Gözlərimizi yumub rəqs etdik”.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...