Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov


Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması üçün ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Faro di Rome" və "Eurasiaticanews" üçün yazıçı və tarixçi Karlo Marinoya eksklüziv müsahibəsində deyib.

 

Onun sözlərinə görə, proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb:

 

"Bu məqsədə çatmaq üçün bizim müqəddəs borcumuzdur ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışını hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etsin. Azərbaycan bu vəbadan kifayət qədər əziyyət çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir. Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur və ölkələrimiz arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır. Beləliklə, bu gün top Ermənistanın meydanındadır və ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək".


OXŞAR XƏBƏRLƏR

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...

Bu həftə dörd gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...

Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.   Sfera.az APA-ya istinadla xəbər veri...

ABŞ təyyarəsi Bakıya təcili eniş etdi

"American Airlines" aviaşirkətinə məxsus və Yeni Dehli - Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroport...

“İran üçün heç kim vuruşmayacaq” - Ekspert

İran və İsrail arasında baş verən hərbi toqquşmaya ABŞ-nin də qoşulması üçüncü dünya müharibəsi ehtimalını yenidən gündəmə gətirib. Müxtəlif siyasətçilər, o cüm...

Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul oluna bilər

Avropa Komissiyası Moskvaya daha çox təzyiq göstərmək üçün Rusiyaya qarşı daha bir sanksiyalar paketinin tətbiqinə cəhd etməkdə davam edir.   Sfera.a...