Yaxın Şərq hadisələri Telegram-ın işində gərginlik yaradıb


Yaxın Şərq hadisələri Telegram-ın işində gərginlik yaradıb

Telegram Yaxın Şərqdə baş verən hadisələrə görə görünməmiş stress yaşayıb.
 

Sfera.az xəbər verir ki, bu barədə rəsmi Telegram kanalında məlumat verilib.
 

"Yaxın Şərqdə, xüsusən də İsrail, Livan və İranda baş verən son hadisələr səbəbindən Telegram görünməmiş gərginliklə üzləşib", - yazıda deyilir.
 

Açıqlamada bildirilir ki, texniki dəstək işçilərinin səyləri nəticəsində dünyanın əksər ölkələrində messencerin fəaliyyəti bərpa edilib. Telegram nümayəndələri müvəqqəti narahatlığa görə üzr istəyiblər.
 

Oktyabrın 3-də bildirilib ki, Telegram messencerindəki nasazlıqdan sonra bir saat ərzində istifadəçilərdən gələn şikayətlərin sayı 30 minə yaxın olub.

İnci
 


OXŞAR XƏBƏRLƏR