Bill Qeyts süni intellektin təhlükəsindən danışdı - Bu 3 səbəb...


Bill Qeyts süni intellektin təhlükəsindən danışdı - Bu 3 səbəb...

Microsoft-un qurucusu Bill Qeyts amerikalı jurnalist Kar Swisher-ə verdiyi son müsahibəsində süni intellektin inkişafı ilə bağlı narahatlığını bildirib.
 

Sfera.az xəbər verir ki, Qeyts diqqət mərkəzində saxlanılmalı olan üç əsas məsələni qeyd edib. Milyarder ilk növbədə cinayətkarların süni intellektdən kibercinayətlər, bioterrorizm, eləcə də müharibələr aparmaq üçün istifadə edə biləcəyindən narahatdır.
 

Qeyts bildirib ki, bu cür manipulyasiyalara müqavimət göstərə biləcək belə bir süni intellekt yaratmaq lazımdır. İkincisi, Qeytsin fikrincə, əmək bazarında dəyişikliklərin sürətlənməsidir. Qeyts hesab edir ki, insan işçilərinin kütləvi şəkildə ixtisarı və onların süni intellektlə əvəzlənməsi başlaya bilər. Üçüncüsü, Qeyts gələcəkdə bəşəriyyətin süni intellektə nəzarəti itirəcəyi bir məqamın gələcəyini istisna etməyib. Amerikalı milyarderin fikrincə, bu, süni intellektlə bağlı yarana biləcək ən ciddi problemdir.

İnci
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...