Makron Paşinyandan sülh razılaşması istədi


Makron Paşinyandan sülh razılaşması istədi

Fransa Prezidenti Emmanuel Makron dünən Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib və onunla Azərbaycanla sülh razılaşmasının əldə olunmasının zəruriliyini müzakirə edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilib.


O, həmçinin “Fransanın Ermənistanın suverenliyini və ərazi bütövlüyünü və erməni xalqının sülh və demokratiyaya can atmasını dəstəkləməkdə qətiyyətini bir daha təsdiqləyib. Bu kontekstdə o, beynəlxalq hüquqa və bütün region xalqlarının maraqlarına ciddi şəkildə uyğun olaraq tezliklə sülh müqaviləsinin əldə edilməsi məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən müzakirələrə sadiqliyini bir daha təsdiqləyib”, - məlumatda deyilib.

İnci


OXŞAR XƏBƏRLƏR