Xamenei 5 ildən sonra bunu edəcək

Xamenei 5 ildən sonra bunu edəcək

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei hakimiyyətdə olduğu 35 il ərzində 42 cümə namazının imamı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə statistikanı “İran İnternational” yayıb.

 

Bildirilib ki, sonuncu dəfə o, imam cümə xütbəsini təxminən 5 il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunlarının komandanı general Qasem Süleymani öldürüldükdən sonra edib.

 

Onun başçılıq etdiyi cümə namazlarının bəziləri bunlardır: Xamənei rəhbərliyinin ilk illərində 1989-cu ildən sonra 9 aydan bir üç xütbə edib, 1991-92-ci illərdə bir cümə namazına başçı olub, 1993-cü ildə pişnamaz olmayıb. 1993-98-ci illərdə hər il iki cümə namazı qılıb. 1998-1999-cu illərdə hər il iki cümə namazına pişnamaz olub. 2001-ci ildə o, Tehranda cümə namazında xütbə oxuyub.

 

2000-2003-cü illər Xamənei hər il iki cümə namazı keçirib. 2006-cı ildən 2012-ci ilədək hər il bir dəfə cümə xütbəsi edib. Qasem Süleymaninin öldürülməsinədək isə heç bir cümə namazı xütbəsi etməyib.

 

Bildirilib ki, İranın ali rəhbəri ölkəsində və dünyada baş vermiş ən vacib hadisələr zamanı da xütbə edib. Məsələn, 1998-ci ildə İranda ziyalılar Dariuş Forohar və həyat yoldaşı Pərvanə İskəndərinin qətlə yetirilməsi ilə bağlı cümə namazına rəhbərlik edib.

 

O, bu gün Livanda “Hizbullah” lideri Həsən Nəsrullah, SEPAH komandirlərindən Abbas Nilofuruşənin və başqalarının öldürülməsi ilə cümə xütbəsi edəcək.

 

Xatırladaq ki, 1989-cu ildə ayətullah Xomeyni öləndən sonra onu Xamənei əvəzləyib.


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...