"Ermənistana rəğmən, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı baş tutacaq" - ŞƏRH

"Ermənistana rəğmən, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı baş tutacaq" - ŞƏRH

“Bu gün Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərindən biri azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışını təmin etməkdir”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

O qeyd edib ki, Azərbaycan bunu diplomatik yolla həll etməkdə maraqlıdır:

 

“Hazırda rəsmi Bakının ortaya qoyduğu bütün səylər məhz bu məqsədə hesablanıb. Ermənistan bütün imkanları ilə qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşmasına mane olmaq istəyir. Bu məsələdə rəsmi İrəvanın havadarlarının da rolu az deyil. Ümumiyyətlə, rəsmi Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı məsələ heç bir halda ərazi iddiası kimi qəbul edilməməlidir. Çünki Zəngəzur, Göyçə, İrəvan tarixi Azərbaycan torpaqlarıdır.  Bunu isbatlayan tarixi sənədlər də var”.

 

Şərhçi bildirdi ki, rəsmi İrəvan ermənilərin Qarabağa qayıdışı ilə azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini eyniləşdirmək istəyir:

 

“Bunlar müqayisəedilməz məsələlərdir. Nəzərə almaq lazımdır ki, azərbaycanlılar tarixən Göyçə, Zəngəzur və İrəvanda yaşayıblar, ermənilər isə Qarabağa sonradan köçüblər. Üstəgəl, rəsmi Bakı ermənilərin Qarabağda yaşamasına etiraz etmir. Azərbaycan bildirir ki, bunun üçün yeganə şərt ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələridir. Bundan sonra ermənilər rahatlıqla Qarabağda yaşaya bilərlər. Hətta Azərbaycan onların təhlükəsizliyinə təminat da verir”.

 

K.Novruzov qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış qaçılmazdır:

 

“Bu məsələ mütləq, gec-tez həllini tapacaq. Perspektivdə Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıdışına şərait yaradacaq. Bu isə bir daha onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün xüsusi strateji əhəmiyyətli məsələdir”.

 

Xatırladaq ki, Qərbi Azərbaycan İcması (QAİ) oktyabrın 2-də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsi və irqçi fikirlər səsləndirməsi qətiyyətlə pislənilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva və Anar Ələkbərov COP29-da Azərbaycan pavilyonuna baş çəkdilər - FOTO

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.   Sfera.az xəbər verir ki, He...

İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Prezidentin...

"AZCHEMCO" şirkəti COP29-da stendlə təmsil olundu - VİDEO

Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkəti COP29-da stendlə təmsil olunub.   ...

Bu şəhərlərdə və 4 rayonda güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  ...

"Putinlə Tramp arasında danışıq olmayıb" - Peskov Qərb mediasını YALANLADI

"Qərb mediasının Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığının olması barədə iddiaları yala...

Aleksandar Vuçiçin Azərbaycana səfəri başladı

Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqs...