“Pilot 16”nın COP29-a “töhfə”si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar - FOTO

“Pilot 16”nın COP29-a “töhfə”si: Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar - FOTO

Bakıda BMT-nin İqlim dəyişikliyi konfransı COP-29-un keçirilməsinə sayılı günlər qalır. Noyabrda paytaxta azı 80 min qonaq gələcəyi gözlənilir. İqlim dəyişikliyi ilə bağlı toplaşan hökumət başçıları, prezidentlər, ekoloqlar, bu sahə üzrə vətəndaş cəmiyyəti üzvləri qlobal problemi müzakirə edəcəklər. Lakin COP 29 keçiriləcək şəhərdə iqlimə, ekologiyaya, təbiətə zərər vuranlar da az deyil.

 

Onlardan biri Bakının Nəsimi rayonunun Novruzov qardaşları və Cəlil Məmmədquluzadə küçələrində “Elevan Park” yaşayış kompleksi inşa edən qalmaqallı “Pilot 16” MMC-dir. Bu barədə Editor.az ərazidə yaşayan sakinlər məlumat verib. Yerli sakinlərin sözlərinə görə, şirkətin insanların faktiki yaşadığı evlərin bir neçə metrliyində apardığı ağır tikinti, betonlama, katlavan işlərinin ətrafa vurduğu ekoloji zərər insanların birbaşa sağlamlığına mənfi təsir edir. Tikinti, betonlama və katlavan qazma işləri zamanı havaya qalxan dəhşətli toz-tozanaq, ümumən çirkli hava insanların nəfəsliyinə, ciyərlərinə gedir. Sakinlər bildirirlər ki, “Pilot 16” ucbatından olan illərdir ki, dəhşətli natəmiz hava udurlar. Bu da ciddi xəstəliklərin törəməsi təhlükəsi yaradır. Xüsusən də astma, ağciyər və digər tənəffüs xəstəlikləri olanlar və körpələr üçün ciddi təhdid mənbəyi sayılır.

 

Bundan başqa şirkətin sökdüyü evlərin ərazisi tam bir xarabalığı və zibilliyi xatırladır. Üfunət iyindən və zibillikdən ərazidən keçmək mümkün deyil. Sakinlər qeyd edir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, şirkət öz qanunsuz əməllərinə davam edir.

 

Sakinlər bildirirlər ki, şirkətin texnikalarının ehtiyatsız fəaliyyəti üzündən dəfələrlə ərazidə qaz, işıq, su, telefon və digər infrastruktur xətləri sıradan çıxıb. Bununla həm insanların normal xidmət almaq hüquqları pozulub, həm də dövlətə məxsus infrastruktura ciddi ziyan dəyib. Bundan başqa şirkətin texnikalarının dağıtdığı qaz xətti günlərlə ətrafa sızma verərək, insanların həyatı üçün ciddi təhlükə yaradıb.

 

Bundan başqa şirkətin fəaliyyəti nəticəsində sakinlərin və avtomobillərin istifadəsinə olan yollar tamamilə sıradan çıxıb, istifadəyə yararsız hala düşüb. Şirkətin intensiv yolun bir hissəsini qazaraq, tikinti işləri aparması maşınlar üçün əsl təhlükə və qəza mənbəyidir.

 

Sakinlər Ekologiya və Təbii sərvətlər nazirliyi və Bakı şəhər İcra Hakimiyyətindən ərazidə yaranmış dəhşətli və biabırçı vəziyyəti nəzarətə götürməyi xahiş edir: “COP 29 tədbirinin keçiriləcəyi şəhərimizə belə vəziyyət yaraşmır”.

 

Qeyd edək ki, “Pilot 16” MMC-nin rəsmi direktoru Aslan Quliyevdir. Lakin mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin əsl sahibi keçmiş oliqarx-deputat Əsabil Qasımov və onun ailə üzvləridir.

 

        


OXŞAR XƏBƏRLƏR

Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail...

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...